Yuxarı

Beynəlxalq standarta uyğun audit və maliyyə xidməti Azərbaycanda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Beynəlxalq standarta uyğun audit və maliyyə xidməti Azərbaycanda

2022-ci ildə fəaliyyətə başlayan TİMP MMC qısa müddət ərzində audit, vergi və mühasibat uçotu sahəsində peşəkar yanaşması, beynəlxalq standartlara əsaslanan xidmət modeli və etibarlı tərəfdaşlıq prinsipləri ilə yerli biznes mühitində seçilən şirkətlərdən birinə çevrilib. Şirkət 2025-ci ildə dünyanın 60-dan çox ölkəsində üzvləri olan “TGS Global” beynəlxalq biznes şəbəkəsinin Azərbaycandakı yeganə müstəqil üzvü olduqdan sonra fəaliyyətini TGS AZERBAİJAN TİMP MMC adı altında davam etdirməyə başlayıb.

Qlobal miqyasda geniş təmsilçiliyə malik şəbəkənin üzvü olmaq TGS AZERBAİJAN TİMP MMC-yə beynəlxalq səviyyədə sınaqdan keçirilmiş metodologiyaları, müxtəlif sahələr üzrə qabaqcıl təcrübələri və müasir yanaşmaları Azərbaycan bazarına inteqrasiya etmək imkanı yaradıb ki, bu da şirkətin təqdim etdiyi xidmətlərin keyfiyyətinə və etibarlılığına birbaşa təsir göstərir. Eyni zamanda, şirkət Azərbaycan Respublikasında audit fəaliyyətini tənzimləyən və nəzarət edən əsas dövlət qurumu olan Auditorlar Palatası tərəfindən 24 oktyabr 2025-ci il tarixində verilmiş AT/252 qeydiyyat nömrəli icazə əsasında audit fəaliyyəti göstərmək səlahiyyətinə malikdir.

TGS AZERBAİJAN TİMP MMC audit, vergi və mühasibat uçotu sahələrində göstərdiyi xidmətlər vasitəsilə tərəfdaşlarının maliyyə hesabatlılığının şəffaflığını, düzgünlüyünü və beynəlxalq tələblərə uyğunluğunu təmin etməyi əsas prioritet kimi müəyyən edib. Şirkətin yerli bazarda fərqləndirici cəhətlərindən biri təqdim edilən audit xidmətlərinin yalnız uyğunluq yoxlaması ilə məhdudlaşmaması, eyni zamanda verilən audit rəylərinin beynəlxalq səviyyədə tanınması və xarici ölkələrdə rəsmi etibarlılığa malik olmasıdır ki, bu da xüsusilə beynəlxalq tərəfdaşlarla çalışan və ya xarici investisiya cəlb etməyi hədəfləyən şirkətlər üçün mühüm üstünlük hesab olunur.

Şirkət tərəfindən təqdim olunan xidmətlər:

Maliyyə hesabatlarının ISA (Beynəlxalq Audit Standartları) əsasında auditinin aparılması və nəticəyə əsasən rəyin verilməsi

Maliyyə hesabatlarının IFRS (Maliyyə Hesabatlarının Beynəlxalq Standartları) əsasında hazırlanması

Yerli qanunvericiliyə və beynəlxalq standartlara əsasən mühasibatlıq xidmətlərinin göstərilməsi

Çoxillik vergi yoxlamalarının aparılması, kənarlaşmaların müəyyən edilməsi və düzgün vergi balansının tərtib edilməsi

TGS AZERBAİJAN TİMP MMC peşəkar yanaşması və beynəlxalq təcrübəyə əsaslanan xidmətləri ilə şirkətlərin maliyyə proseslərinin daha səmərəli və şəffaf şəkildə qurulmasına dəstək göstərir. Şirkətin fəaliyyəti və əməkdaşlıq imkanları barədə ətraflı məlumatı təqdim olunan əlaqə vasitələri ilə əldə etmək mümkündür.

Əlaqə: (+994 10) 225 33 58

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Hüseynbala Əliyev 32/24, Bina 2

[email protected]

tgs-timp.com

Tarix
2026.01.23 / 12:28
Müəllif
Axar.az
Digər xəbərlər

Kobaxidzedən Bakı və İrəvanla bağlı açıqlama

Bayramov Cəlalzadəni qəbul etdi: İrandakı aksiyalar...

Bakı 11 nəfəri İrəvana təhvil verdi

Koncoryan: Köçəryan bu bölgəni Azərbaycana vermək istəyirdi

Bu adamyeyənlər Azərbaycanla sülh istəmirlər

Azərbaycan niyə Sülh Şurasına üzv oldu?

ABŞ səfirliyi: "Qarabağ"ın möhtəşəm qələbəsi...

Prezident 3 gündə kimlərlə görüşdü?

İlham Əliyevlə Paşinyan Davosda görüşdü - Foto

Fransina Armenqol Sosias Azərbaycana gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla