Yuxarı

Məhkəmələrində süni intellektdən istifadə oluna bilər

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir çox ölkələrdə ədalət mühakiməsinin həyata keçirilməsində süni intellekt tətbiq olunur.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev "Yüksəliş" müsabiqəsi tərəfindən keçirilən "Gələcəyə baxış: Yeni reallıqlar şəraitində suverenliyin möhkəmləndirilməsi" Forumunda iştirakçıların suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, gələcəkdə məhkəmədə bundan istifadə olunması istisna deyil:

"Yəqin ona hansısa sual veriləcək. Amma cavabı sadəcə rəy şəklində ola bilər. Süni intellekt həyatın bütün sahələrinə sirayət edəcək. Amma bütün qərarların arxasında canlı insan dayanır. Burada hisslər, insani keyfiyyətlər, vicdan əsas rol oynayır. Bu məsuliyyətin arxasında insan dayanır. “Sofiya” xanım bunu bacara bilməz”.

Prezident Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov isə Azərbaycanda süni intellektin inkişaf konsepsiyasının təsdiqlənməsinin gözlənildiyini bildirib.

Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov isə vurğulayıb ki, süni intellekt və kibercinəyatkarlıq suverenliyə təhlükə törədən amillərdəndir:

"Süni intellektlə bağlı qanun layihəsinin hazırlanması da planlaşdırılır. Bu baxımdan İKT sahəsini və məsələnin hüquqi aspektini yaxşı bilən kadrlar lazımdır".

Tarix
2025.02.21 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla