Yuxarı

Düsseldorfdakı Azərbaycan icması ilə görüş keçirildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Düsseldorf və ətraf şəhərlərindəki Azərbaycan icması ilə görüşüb.

Görüş Azərbaycanın Dövlət Himninin səsləndirilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən Vətən oğullarının əziz xatirəsinin ehtiramla yad olunması ilə başlayıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin sədri Nuran Abdullayev görüş iştirakçılarını təşkilatın işi barədə məlumatlandırıb, Alyansın səmərəli fəaliyyətində bu ölkədə yaşayan soydaşlarımızın müstəsna xidmətləri olduğunu bildirib.

Komitə sədri soydaşlarımıza diaspor işinə verdikləri töhfələrə görə təşəkkür edib. O, komitənin və diasporun həyata keçirdiyi uzunmüddətli layihələr, xaricdəki Azərbaycan Evləri, Koordinasiya Şuraları, həftəsonu məktəbləri, soydaşlarımız arasında uğurla gedən icmalaşma prosesi və diaspor fəaliyyətinin digər vacib istiqamətləri barədə danışıb.

Ümummilli Liderin əsasını qoyduğu diaspor siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilərək yeni səviyyəyə yüksəldildiyi, məzmunca dərinləşdiyi, xaricdə yaşayan hər bir azərbaycanlının dövlətimizin diqqətində olduğu nəzərə çatdırılıb.

Mədəniyyətimizin dünyada tanıdılmasında Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətlərinin danılmaz olduğu və xaricdəki soydaşlarımızın bu xidmətləri yüksək qiymətləndirdiyi vurğulanıb.

Almaniya Azərbaycanlıları Alyansı İdarə Heyətinin üzvü̈, “Muğam” Alman-Azərbaycan Musiqi Birliyinin rəhbəri, pianoçu Səbinə Məmmədova çıxışında dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi istiqamətində aparılan işlərdən danışıb, diaspora göstərilən diqqət və qayğıya görə Azərbaycan dövlətinə minnətdarlıq ifadə edib.

Daha sonra ölkəmizin Qarabağda qazandığı qələbədən bəhs edən videoçarxlar nümayiş̧ olunub və alqışlarla qarşılanıb.

Görüşdə soydaşlarımızın sualları cavablandırılıb, icma fəaliyyətinin inkişafına müasir konseptual yanaşma ilə bağlı təkliflər səsləndirilib, perspektivlər geniş müzakirə olunub.

Tədbir bədii hissə ilə davam edib. Skripkaçılar Fərhad Qarayusifli, Anne-Heloise Gevers, Almaniyada yaşayan bəstəkar, müğənni və multiinstrumentalist Seyran İsmayılxanov, İtaliyada yaşayan opera ifaçısı, mezzo-soprano Çinarə Şirinova, pianoçu Səbinə Məmmədova, Muğam Televiziya Müsabiqəsinin laureatı Vüsalə Cabirin ifaları və digər zövq oxşayan musiqilər alqışlarla qarşılanıb.

Qeyd edək ki, icma görüşünə Almaniyanın 25-dən çox şəhərindən 200-dən artıq soydaşımız qatılıb.

Son illər Diasporla İş üzrə Dövlət Komitəsi müxtəlif ölkələrdə yaşayan azərbaycanlılarla sistemli şəkildə görüşlər təşkil edir, soydaşlarımızın təklif və problemləri dinlənilir, vahid diaspor şəbəkəsinin yaradılması istiqamətində aparılan işlər təhlil olunur.

Tarix
2025.02.21 / 14:30
Müəllif
Axar.az
Digər xəbərlər

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla