Yuxarı

Hərbi attaşelər Aviasiya Təmir Zavodunda - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi illik fəaliyyət planına uyğun olaraq, ölkəmizdə akkreditə olunmuş xarici dövlətlərin hərbi attaşeləri üçün Hərbi Hava Qüvvələrinin Aviasiya Təmir Zavoduna tanışlıq səfəri təşkil edilib.

Bu barədə Azar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərdə 17 ölkəni təmsil edən 22 hərbi attaşe iştirak edib.

Qonaqlara əvvəlcə Aviasiya Təmir Zavodunun yaranma tarixi, inkişaf mərhələləri və hazırkı fəaliyyəti barədə ətraflı brifinq təqdim olunub. Bildirilib ki, zavodda hərbi aviasiya texnikasının texniki baxışı, təmiri və modernizasiyası həyata keçirilir. Həmçinin burada uzun illərin təcrübəsinə malik peşəkar mühəndislər, texniki işçilər və hərbi aviasiya sahəsində ixtisaslaşmış mütəxəssislər fəaliyyət göstərir.

Brifinqdən sonra hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Sonra nümayəndə heyəti zavodun istehsalat bölmələrini gəzərək təmir, modernizasiya və digər prosesləri əyani şəkildə izləyiblər. Qonaqlar zavodda görülən işləri birbaşa müşahidə etməkdən məmnun olduqlarını bildirərək, burada tətbiq olunan texnologiyaları və mütəxəssislərin peşəkarlığını yüksək qiymətləndiriblər.

İştirakçılar bu cür tədbirlərin beynəlxalq hərbi əməkdaşlığın möhkəmləndirilməsində və təcrübə mübadiləsində əhəmiyyətli rolundan danışaraq səfərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildiriblər.

Tarix
2025.02.21 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Ruslar Xocalıda yerləşmişdi: Orda mina necə ola bilər?

Lavrovun istəyi: Rusiya Qafqaza bu cür qayıdır

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla