Yuxarı

“AzerGold”da Pakistan şirkətinin heyəti ilə görüş oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 25-də AzerGold QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Azərbaycan-Pakistan Biznes Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Saminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Axar.az xəbər verir ki, dağ-mədən və geologiya sahələrində birgə əməkdaşlıq imkanları, ortaq layihələrin icrası perspektivlərinin müəyyənləşdirilməsi məqsədilə keçirilən görüşdə Zakir İbrahimov əvvəlcə ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksələn xətlə inkişaf etdiyini, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Pakistan İslam Respublikasının Baş naziri cənab Məhəmməd Şahbaz Şərif tərəfindən strateji əhəmiyyət kəsb edən bu əlaqələrin daha da möhkəmləndirilməsi istiqamətində zəruri tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

İdarə Heyətinin sədri AzerGold QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı, habelə ətraf mühitin mühafizəsi tədbirləri, yüksək ekoloji standartlara cavab verən innovasiya və texnologiyalara keçid istiqamətində görülən işlər haqqında ətraflı bəhs edərək, ölkə hüdudlarından kənarda dağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxil olduğunu qeyd edib. O, bu xüsusda “Frontier Works Organization” şirkəti ilə filiz faydalı qazıntı yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı və istismarı sahəsində birgə əməkdaşlığın qurulmasının qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib.

“Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru Abdul Sami isə rəhbərlik etdiyi dövlət şirkətinin Pakistanda yol tikintisi, dağ-mədən sənayesi, enerji, müdafiə infrastrukturu və digər mühəndislik layihələrinin icrası üzrə ixtisaslaşdığını, AzerGold QSC ilə birgə həm Azərbaycan, həm də Pakistanda birgə geoloji kəşfiyyat və mədən layihələrinin icrası istiqamətində əməkdaşlıq əlaqələrinin yaradılması və inkişafında maraqlı olduqlarını qeyd edib.

Görüşün yekunu olaraq AzerGold QSC və “Frontier Works Organization” şirkəti arasında əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması, dağ-mədən sahəsində məlumat mübadiləsinə dair Məlumatların Gizli Saxlanılması (NDA – Non-disclosure agreement) sənədi, eləcə də əməkdaşlığa dair Anlaşma Memorandumunun hazırlanması və imzalanması barədə ilkin razılıq əldə edilib.

Görüşdə, həmçinin “Frontier Works Organization” şirkətinin Baş icraçı direktoru cari ilin aprel ayında keçiriləcək Pakistan Mineral İnvestisiya Forumunda AzerGold QSC-ni iştiraka dəvət edib.

QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dəvətə görə təşəkkür edib, qarşılıqlı səfərlərin həyata keçirilməsinin qurumlar arasında əməkdaşlıq əlaqələrinin qurulması və möhkəmləndirilməsi baxımından vacibliyi diqqətə çatdırılıb.

Görüşün sonunda qarşılıqlı xatirə hədiyyələri təqdim edilib.

Tarix
2025.02.26 / 12:09
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlı hərbi kursant Tükiyədə vəfat etdi - MN

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Əliyev Ərdoğana zəng etdi

Fidandan Xocalı soyqırımı barədə açıqlama

İran parlamenti Azərbaycan dili ilə bağlı qərar verdi

Ərdoğan Xocalı qurbanlarını belə yad etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla