Yuxarı

Dünya Bankı Azərbaycana 1,5 milyard dollar ayırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankı Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (İBRD) xəttilə növbəti beş il ərzində Azərbaycana 1-1,5 milyard ABŞ dolları vəsait ayırmaq niyyətindədir.

Axar.az xəbər verir ki, bu barədə Report-a Dünya Bankından məlumat verilib.

Maliyyələşdirmənin həcmi kreditləşmənin hansı templə aparılmasından asılı olacaq.

İBRD-in 2025-2026-cı maliyyə illəri üçün ilkin planına Azərbaycan hökumətinin müraciəti əsasında 4-5 yeni layihə daxil edilib. Orta illik maliyyələşdirmə 250-400 milyon ABŞ dolları təşkil edəcək. O cümlədən aşağıdakı layihələrə vəsaitin ayrılması nəzərdə tutulur: məşğulluğun dəstəklənməsi layihəsinə əlavə maliyyə - 150 milyon ABŞ dolları, bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi (regional proqram çərçivəsində) - 225 milyon ABŞ dolları, rəqabətqabiliyyətli və dayanıqlı kənd təsərrüfatının, o cümlədən irriqasiyanın inkişafı layihəsi - 400 milyon ABŞ dolları, Bakının inkişafı layihəsi – 100-300 milyon ABŞ dolları.

Bu vəsaitin təxminən yarısının 2025-ci ilin iyun ayının sonunadək, qalan hissəsinin isə növbəti maliyyə ilində ayrılacağı gözlənilir.

“Gələcəkdə Dünya Bankı Qrupu uzunmüddətli strategiya çərçivəsində əlavə əməkdaşlıq tədbirlərinin müəyyən edilməsi üçün Azərbaycan hökuməti ilə işləməyi planlaşdırır. İlkin dövrdə əsas diqqət aşağı karbonlu iqtisadiyyata keçid, nəqliyyat əlaqələrinin inkişafı, su resurslarının idarə edilməsi, maliyyə sektorunda islahatlar və rəqəmsal transformasiyaya istiqamətlənmiş analitik dəstəyə yönəldiləcək. Bu, proqramının həyata keçirilməsinin ikinci yarısında yeni investisiya layihələri üçün əsas ola bilər”, - bankdan qeyd edilib.

2024-cü il dekabrın əvvəlində Azərbaycanda İBRD-nin ümumi istifadə olunmamış vəsaiti 176,1 milyon ABŞ dolları olmaqla iki kredit proqramı (məşğulluq və nəqliyyat sahələrində) qüvvədə idi.

Xatırladaq ki, Azərbaycan Dünya Bankı ilə 1992-ci ildən əməkdaşlıq edir. Bu müddət ərzində Dünya Bankı ölkəyə 52 layihənin həyata keçirilməsi üçün 4 milyard ABŞ dollarından çox vəsait ayırıb.

Azərbaycan İBRD səhmlərinin 0,13 %-nə sahibdir ki, bu da 2 371 səhm təşkil edir. Onların abunəliyi üçün ölkə hökuməti 286 milyon ABŞ dolları ödəyib. Yaxın vaxtlarda 60,915 milyon ABŞ dolları dəyərində olan daha 505 səhmin alınması planlaşdırılır.

Tarix
2025.02.27 / 20:55
Müəllif
Axar.az
Digər xəbərlər

Mehriban Əliyeva "Sea Breeze"dən video paylaşdı

Suriya Azərbaycandan kömək istəyir

Rusiya “sülh göyərçini”nə döndü: 3 vasitəçilik təklifi və imtina…

3 şəhərdə kanat yolu tikilir: 40 milyon ayrıldı

Orduda hərbi xidmət keçən şəxslərə şad xəbər

Prezident və ailəsinin "Sea Breeze" ziyarətindən - Video

Müavinət və təqaüd alanlara xoş xəbər: Növbəti artım...

Sergey Narışkin Bakıya gəldi

Xocalı ilə bağlı dəhşətli videomateriallar göstərildi

“Zəfər” ordenli generala yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla