Ağcabədidə 5 nəfərin öldüyü yol qəzası ilə bağlı cinayət işi başlayıb.
Axar.az Report-a istinadən xəbər verir ki, faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümü ilə nəticələndikdə) maddəsi ilə cinayət işi başlayıb, müvafiq ekspertizalar təyin edilib.
Qeyd edək ki, ötən gün hadisə rayonun Xocavənd kəndi ərazisində baş verib.
"Mersedes", "Hunday" və "VAZ" markalı avtomobillərin iştirakı ilə zəncirvari qəza baş verib.
Nəticədə 1990-cı il təvəlldlü Vüsal Məmməd oğlu Hüsiyev, 1991-ci il təvəllüdlü Sənan Aqil oğlu Əmrahov, 1992-ci il təvəllüdlü Azər Fəyyaz oğlu Aslanov, 2007-ci il təvəllüdlü Asiman Yaşar oğlu Ələsgərov və 2002-ci il təvəllüdlü Elbəy Mövsüm oğlu Aslanlı hadisə yerində ölüb.
Qəzada 5 nəfər isə müxtəlif növ bədən xəsarətləri alıb.