Yuxarı

DYP açıqladı: qarlı və buzlu havada ən təhlükəli yollar…

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarlı və buzlu hava şəraitində bəzi yollar daha təhlükəlidir.

Axar.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev həmin yolları sürücülərə izah edib və tövsiyə verib:

Körpülər və yol ötürücüləri – Havanın təsirinə daha çox məruz qaldıqları üçün tez donur.

Tunellərdən çıxış hissələri – Temperatur fərqi səbəbindən burada gizli buzlanma ola bilər.

Dönüşlər və enişli-yoxuşlu yollar – Sürüşmə riski yüksəkdir.

Yol qovşaqları və dairəvi kəsişmələr – Avtomobillər tez-tez dayanıb-hərəkət etdiyinə görə buzlanma ehtimalı artır.

Svetoforlu və svetoforsuz keçidlər – Sürücülərin tez-tez əyləcdən istifadə etdiyi yerlər olduğu üçün buzlanma ehtimalı böyükdür.

Yanacaqdoldurma məntəqələrinin giriş-çıxışları – Sıx hərəkət və dayanma səbəbindən yol səthi buz bağlaya bilər.

Avtobus dayanacaqları yaxınlığı – Piyadaların çox olduğu və avtobusların tez-tez dayandığı yerlərdə qəfil sürüşmə riski mövcuddur.

Sürücülərə bu sahələrdə daha diqqətli olmaları və ehtiyatla hərəkət etmələri tövsiyə olunur.

Tarix
2025.03.01 / 11:55
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan bu texnikaya Hökumənin adını verdi - Video

Zelenski Oval ofisdə də Ukrayna üçün sonadək döyüşdü

Ağ Evdəki dava hamıya sübut etdi ki...

Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Pakistan Azərbaycana təşəkkür etdi

Rəsmi Bakıdan Fransaya tələb!

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla