Yuxarı

Sabahın havası: qar, 24 dərəcə şaxta...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında martın 2-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, ayın 1-dən 2-nə keçən gecə bəzi yerlərdə az qar yağacağı ehtimalı var, şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 1-4° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan yüksək 772 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.

Gecə və səhər bəzi yollar buz bağlayacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə arabir qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 13-18° şaxta, yüksək dağlıq ərazilərdə gecə 19-24° şaxta, gündüz 0-5° şaxta olacaq.

Tarix
2025.03.01 / 12:50
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğanın bu sözləri Azərbaycanda haqlı narazılıq yaradıb

Arzu Əliyevadan Naxçıvanla bağlı daha bir paylaşım - Video

Zəngəzur layihəsini 3-4 il ərzində reallaşdıracağıq - Uraloğlu

Kəlbəcərli Ayan ABŞ-da təsirli çıxışı ilə yadda qaldı - Video

Sahibə Qafarova Vatikanda

Prezidentin Avropa Zirvəsi: Bakı-Brüssel xəttində yeni mərhələ

Azərbaycan Ordusunda psixoloqlarla görüş keçirildi

Azərbaycan XİN Norveçi təbrik etdi

İrəvan və Bakı arasında sülh müqaviləsi... – Arakçı

Ədalət Partiyasının yeni sədri seçildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla