Yuxarı

Niobium və litium savaşı: hədəf Əfqanıstandır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Niobium və litium savaşı: hədəf Əfqanıstandır?

Bəlucistanın Pakistanın tərkibindən çıxaraq müstəqillik elan etməsi regional sabitliyi sarsıdıb, diqqətləri birbaşa Əfqanıstana yönəldib. Nadir torpaq elementləri, niobium və litiumla zəngin olan Əfqanıstan Çin və ABŞ arasında yeni geosiyasi qarşıdurma nöqtəsinə çevrilmək riski daşıyır.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli yazar Mərd İnan qeyd edib.

Yazar bildirib ki, Əfqanıstanda illik 600 ton heroin istehsal olunur və bu qeyri-qanuni ticarətdən 15 milyard dollara yaxın gəlir əldə edilir. Bu isə beynəlxalq narkotik kartellərinin marağını artırır:

“ABŞ Geoloji Xidməti və Pentaqonun məlumatına görə, Əfqanıstanın yeraltı sərvətlərinin ümumi dəyəri 1 trilyon dolları ötür. Ölkə təkcə litium deyil, həm də mis, dəmir, qızıl, gümüş, alüminium və nadir torpaq elementləri ilə də zəngindir.

Xüsusilə niobium ehtiyatları diqqət çəkir. Bu element yüksək texnologiya və müdafiə sənayesində əvəzolunmaz sayılır. Mütəxəssislər bildirir ki, Əfqanıstan nadir torpaq elementləri ilə Çinin bu sahədəki monopoliyasını sarsıda bilər”.

İnan vurğulayıb ki, 2023-cü ildə Taliban Çin şirkətləri ilə 10 milyard dollarlıq mədən razılaşmaları imzalayıb:

“Bu, Pekinin "Bir kəmər və bir yol" təşəbbüsü çərçivəsində bölgədə təsirini artırmaq cəhdlərinin bir hissəsi hesab olunur. ABŞ isə həm İran və Çin təsirini balanslaşdırmaq, həm də zəngin sərvətləri ələ keçirmək məqsədilə yenidən Əfqanıstana maraq göstərir.

Əfqanıstan dünya heroin istehsalının 80%-ni təmin edir. 225 min hektarda xaş-xaş becərilir, bu da dünya üzrə bütün xaş-xaş sahələrinin 70%-nə bərabərdir. Taliban narkoticarətdən əldə olunan gəlirlə öz hərbi və siyasi fəaliyyətlərini maliyyələşdirir”.

Tarix
2025.05.18 / 09:30
Müəllif
Didəm Qədirova
Digər xəbərlər

Qafarova və Simonyan nələri müzakirə etdi?

Əliyev Astanada: mühüm iclas keçirildi - Foto

Mehdiyevin həbsi ilə bağlı diqqətçəkən məqam...

Azərbaycan-Qazaxıstan sənədləri mübadilə olundu

Orta güc strategiyası: Əliyevin Astana səfərinin hədəfləri...

Astanada Heydər Əliyevin ən sevdiyi mahnı... - Video

İlham Əliyevin qərarını alqışlayırıq - İrəvan

Tokayevdən Əliyevə maraqlı hədiyyə - Video

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər

İlham Əliyevdən TRİPP layihəsi ilə bağlı açıqlama

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla