Yuxarı

Bu regionlara avtobus reysləri təxirə salındı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) qeyri-sabit hava şəraiti ilə əlaqədar bir sıra istiqamətlərdə avtobus reyslərini təxirə salıb.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik səbəbi ilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb:

"Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək. Buna baxmayaraq bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir".

Məlumata görə, ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir:

"Qarlı və şaxtalı hava şəraitinin olmasına baxmayaraq, avtobus sürücüləri vətəndaşlarımıza təhlükəsiz xidmət göstərmək üçün səylə çalışırlar. Səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə, xətlərə cəlb edilən avtobusların sayı artırılır.

Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər. Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur".

Tarix
2025.03.01 / 13:16
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan bu texnikaya Hökumənin adını verdi - Video

Zelenski Oval ofisdə də Ukrayna üçün sonadək döyüşdü

Ağ Evdəki dava hamıya sübut etdi ki...

Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Pakistan Azərbaycana təşəkkür etdi

Rəsmi Bakıdan Fransaya tələb!

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla