Yuxarı

Türkiyə ilə sərhəd məntəqəsindən rus sərhədçilər geri çəkildi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə sərhəd məntəqəsindən rus sərhədçilər geri çəkildi

Türkiyə ilə sərhəddə yerləşən “Marqara” sərhəd-keçid məntəqəsində Rusiya Sərhəd Xidmətinin əməkdaşlarını Ermənistan sərhədçiləri əvəz edib.

Axar az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

“Bu gündən etibarən Ermənistan-Türkiyə sərhədindəki “Marqara” sərhəd-keçid məntəqəsində xidmət tamamilə Ermənistanın sərhəd qoşunlarının qüvvələri tərəfindən həyata keçiriləcək”, – Paşinyan bildirib.

Onun sözlərinə görə, keçid məntəqəsi iki ölkə arasında sərhədin bağlı olması səbəbindən fəaliyyət göstərmir. Bununla belə, 2022-ci ilin yayında hökumətin qərarı ilə məntəqə təmir olunub və burada Rusiya sərhədçiləri xidmətə başlayıb:

“Martın 1-dən etibarən Ermənistana daxil olan və ölkədən çıxan şəxslərin sərhəd nəzarəti tamamilə Ermənistan Respublikasının sərhəd qoşunları tərəfindən həyata keçiriləcək. Çünki bütün (fəaliyyətdə olan və olmayan) məntəqələrdə yalnız Ermənistan sərhəd qoşunları xidmət göstərir”.

Tarix
2025.03.01 / 15:21
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla