Ukrayna Prezidenti Vladimir Zelenski ilə qalmaqaldan dərhal sonra ABŞ Prezidenti Donald Tramp əsas müşavirlərini Oval kabinetdə müzakirə üçün toplayıb.
Axar.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Bildirilib ki, Tramp vitse-prezident Vens, ABŞ Dövlət katibi Rubio, maliyyə naziri Bessentlə məsləhətləşib:
“Rubio, maliyyə naziri Bessent və başqaları. Məhz bu zaman o, Zelenski danışıqlar aparmaq iqtidarında olmadığı qənaətinə gəlib. Daha sonra o, Rubioya və milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsa “Zelenskinin Ağ Evi tərk etmə vaxtıdır” mesajını çatdırmağı tapşırıb”.
Qeyd edək ki, Ağ Evdə jurnalistlərin gözü önündə baş verən qalmaqaldan sonra Donald Tramp və Vladimir Zelenskinin bağlı qapılar arxasında görüşü davam etdirdiyi bildirilir. Ancaq Zelenski Ağ Evi erkən tərk edib və birgə mətbuat konfransı, o cümlədən Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin imzalanması ləğv edilib.