“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo “Qalatasaray”ı məhkəməyə verib.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis qarşı tərəfin irqçilik ittihamına görə bu addımı atıb. Mourinyo bildirib ki, onun sözləri tamamilə kontekstdən çıxarılıb.
“Fənərbağça”nın açıqlamasında qeyd olunub ki, Mourinyo “Qalatasaray”dan 1 907 000 lirə (təxminən 50 min avro - red.) təzminat tələb edir. Məbləğ simvolik məna daşıyır. Belə ki, 1907 “Fənərbağça”nın yaradıldığı ildir.
Qeyd edək ki, "Qalatasaray" Superliqanın 25-ci turunda “Fənərbağça” ilə keçirilən oyundan sonra futbolçularının ünvanına təhqiredici ifadələr işlədən Joze Mourinyonun cəzalandırılmasını istəyib. Matçdan sonra təşkil edilən mətbuat konfransında Mourinyo rəqib futbolçularını meymuna bənzədib. Bu səbəbdən də "Qalatasaray" portuqaliyalını irqçilikdə ittiham edib.