
Bakıya güclü qar yağır, çovğun var
02:33
Ana səhifə Planet |
![]() ![]() ![]() ![]() |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Böyük Britaniyanın Baş naziri Keyr Starmerlə telefon danışığında Rusiya – Ukrayna müharibəsini müzakirə edib.
Axar.az xəbər verir ki, bu barədə Ərdoğanın məbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Ankara ilə London arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparıblar:
“Prezident Ərdoğan görüş zamanı bildirib ki, Türkiyə ədalətli və davamlı sülhün bərqərar olması ilə Rusiya ilə Ukrayna arasında müharibənin tezliklə sona çatması üçün səy göstərir”.
Bundan başqa, Türkiyə lideri ölkəsinin danışıqlara ev sahibliyi etmək də daxil olmaqla, sülhü asanlaşdırmaq üçün lazım olanı etməyə hazır olduğunu vurğulayıb.
Tarix
2025.03.01 / 00:44
|
Müəllif
Axar.az
|