
Bakıya güclü qar yağır, çovğun var
02:33
Ana səhifə Toplum |
![]() ![]() ![]() ![]() |
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklərin hələ də aradan qalxmadığını xatırladır.
Axar.az xəbər verir ki, bu səbəbdən qurum sürücülərə müraciət etməyi qərara alıb.
Müraciətdə deyilir:
"Respublika ərazisində davam edən qarlı hava şəraiti ilə əlaqədar bir daha sürücülərə müraciət edərək, onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırırıq".
Qurum eyni zamanda, əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa səsləyib.
Tarix
2025.03.01 / 00:24
|
Müəllif
Axar.az
|