Yuxarı

Bu rayonumuza 75 sm qar yağdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Saat 9:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisində qarlı və şaxtalı hava şəraiti davam edir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata görə, Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 3, Naxçıvan MR-da 10, dağlıq rayonlarda 20 dərəcəyədək şaxta qeydə alınıb.

Qar örtüyünün hündürlüyü Qaxda (Sarıbaş) 75, Şamaxıda 45, Mingəçevir və Qəbələdə 44, Altıağacda 38, İsmayıllı, Lerik və Oğuzda 36, Şəkidə 34, Xaltanda 28, Qubada 27, Zaqatalada 22, Qobustanda 19, Ağsuda 18, Balakəndə 16, Şahbuzda 15, Qusarda 13, Xınalıqda 12 sm-dir.

Bakıda və Abşeron yarımadasında 10, Gədəbəy və Daşkəsəndə 9, Kəlbəcər, Laçın və Qubadlıda 7, Şabran və Göygöldə 6, Şuşada 5, Xankəndi, Xocalı, Göyçay və Lənkəranda 3, Yevlax, Füzuli, Tərtər, Xaçmaz və Sədərəkdə 2, Sabirabad, Şəmkir, Kürdəmir, Naftalan, Goranboy, Gəncə, İmişli və Salyanda isə 1 sm-dir.

Sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 21 m/s, Naftalan, Goranboy və Mingəçevirdə 23 m/s, Neftçalada 20 m/s, Tərtərdə 18 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 3.8 metrdir.

Tarix
2025.03.01 / 10:09
Müəllif
Axar.az
Digər xəbərlər

Qazaxıstan bu texnikaya Hökumənin adını verdi - Video

Zelenski Oval ofisdə də Ukrayna üçün sonadək döyüşdü

Ağ Evdəki dava hamıya sübut etdi ki...

Tramp Zelenskini niyə elə qarşıladı, nə istəyir? – İsti şərh

Pakistan Azərbaycana təşəkkür etdi

Rəsmi Bakıdan Fransaya tələb!

Bakıdan 10 min erməniyə böyük jest… - XİN

Rəsmi Bakıdan İrəvana cavab: Rədd edirik!

Rusiyadakı azərbaycanlılara daha bir pis xəbər

Latviya Seymində azərbaycanca çıxış: Fəxr edirəm... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla