Yuxarı

TƏBİB-dən yanğında xəsarət alanlarla bağlı - Açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
TƏBİB-dən yanğında xəsarət alanlarla bağlı - Açıqlama

Bu gün saat 04:25 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, Xaqani 9 ünvanından yanğın baş verməsi səbəbilə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb.

TƏBİB-dən Axar.az-a bildirilib ki, dərhal hadisə yerinə briqadalar cəlb olunub.

"Xəsarət alan 5 nəfər (2-si qadın, 3-ü kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub.

2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədən səthinin 80%-inin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

2002-ci il təvəllüdlü (kişi cinsli) şəxsə bədənin III-IV dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

1977-ci il təvəllüdlü (kişi cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

1978-ci il (qadın cinsli) şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozu təyin edilib.

1974-cü il (qadın cinsli) sifətin, hər iki said əllərin, hər iki yuxarı ətrafın və yuxarı tənəffüs yollarının II-III dərəcəli termiki alov yanığı şoku diaqnozu təyin edilib.

Hazırda 2008-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 4 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.

Hamısı reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir", - məlumatda qeyd edilib.

Tarix
2025.03.02 / 13:09
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

Qapımız həmişə qardaş Azərbaycana açıqdır - Mirziyayeva

Azərbaycan üçün ilk: “Əbədi dostluq sazişi” nədir?

Lukaşenkodan Mehriban Əliyevaya təbrik məktubu...

Putin Mehriban Əliyevanı təbrik etdi

Zelenski İlham Əliyevə təşəkkür etdi

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla