Yuxarı

Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Fondunun dəstəyi ilə iftar süfrəsi təşkil olunub.

Axar.az xəbər verir ki, Arzu Əliyeva iftar məclisində iştirak edib. Ölkəmizin müxtəlif rayonlarından şəhid valideynlərinin, müharibə iştirakçılarının, ictimaiyyət nümayəndələrinin dəvət olunduğu iftar mərasimində Qurani-Kərimdən ayələr oxunub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olan qəhrəman Vətən oğullarının ruhuna dualar edilib.

İftar məclisində çıxış edənlər Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən oğullarının xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı naminə qəhrəmanlıqlarından danışıblar. Çıxışlar zamanı, həmçinin dövlətin şəhid ailələrinə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan məmnunluq ifadə olunub, bugünkü məclisin də bunun bariz nümunələrindən biri olduğu vurğulanıb.

“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsinin Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən budəfəki tədbiri 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etdiyindən şəhid analarına hədiyyələr təqdim olunub. Daha sonra tanınmış incəsənət xadimləri də öz ifaları ilə şəhid analarını təbrik ediblər.

Qeyd edək ki, “Mənim atam qəhrəmandır” və “Mənim oğlum qəhrəmandır” layihələri artıq 5 ildir həyata keçirilir. Bu layihələr çərçivəsində Azərbaycanın müxtəlif yerlərində şəhid ailələri ilə birgə tədbirlər təşkil olunur.

Tarix
2025.03.04 / 23:26
Müəllif
Axar.az
Digər xəbərlər

XİN rəhbəri Abdulqadir İmamla görüşdü

Hikmət Hacıyev Fələstin səfiri ilə görüşdü

XİN-dən Paşinyanın Naxçıvanla bağlı açıqlamasına cavab

Ombudsman Vardanyan və Arutyunyana baş çəkdi - Foto

Bir həftəyə Azərbaycana cavab verə bilərik - Simonyan

Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı yeni hiyləsi

İlham Əliyev gələn ay Pakistana gedəcək

Şahbaz Şərifdən Azərbaycanla bağlı tapşırıq

Meksika üçün Azərbaycan böyük imkanlar ölkəsidir - Səfir

Rusiya şirkəti AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla