Yuxarı

Roza Kocamaz Türkiyənin 3 şəhərində Xocalının səsi oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roza Kocamaz Türkiyənin 3 şəhərində Xocalının səsi oldu

Azərbaycan əsilli türk teatr sənətçisi Roza İbadova Kocamaz Xocalı soyqırımının unudulmaması və gələcək nəsillərə doğru şəkildə çatdırılması məqsədilə Türkiyənin üç mühüm şəhərində keçirilən anım tədbirlərinin aparıcısı olub.

Axar.az xəbər verir ki, İzmir, Manisa və Turqutluda təşkil edilən bu tədbirlərdə Xocalıda baş verən insanlıq faciəsi alimlərin, sənətçilərin və tarixçilərin iştirakı ilə geniş auditoriyaya çatdırılıb.

Xüsusilə İzmirin Qarabağlar və Bornova rayonlarında keçirilən anım proqramları daha geniş olub.

Roza İbadova Kocamaz həmçinin Xocalı soyqırımının səhnələşdirilməsinə də bu il nail olub.

Teatrın təsirli dili ilə Xocalıda baş verənləri səhnədə yenidən canlandıran Kocamaz tamaşaçıları 1992-ci ilin soyuq fevral gecəsinə apararaq, həmin qorxunc gecəni hiss etdirməyi bacarıb. Tamaşanın dramaturgiyası, səhnə tərtibatı və emosional dərinliyi tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və Azərbaycanın yaşadığı bu faciənin unudulmaması üçün güclü bir mesaj verib.

O, Azərbaycan Mədəniyyət Dərnəyi tərəfindən Turqutluda təşkil edilən "Türk dünyası, Azərbaycan və Xocalı soyqırımı" mövzusundakı paneldə də iştirak edib və sənətin, teatrın tarixi unutdurmamaq üçün daşıdığı missiyadan danışıb.

Tarix
2025.03.05 / 01:09
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla