Yuxarı

“Azercell” mülki müdafiə sahəsində təşəbbüslərini genişləndirir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 mart - Ümümdünya Mülki Müdafiə Günü münasibətilə Fövqəladə Hallar Nazirliyi (FHN) və Azərbaycan Milli Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə “Mülki müdafiə əhalinin təhlükəsizliyinin təminatıdır” mövzusunda konfrans keçirilib.

“Azercell Telekom” MMC-nin Təhlükəsizlik departamentinin Biznesin Dayanıqlılığı şöbəsinin rəhbəri Anar Mirzəyev tədbirdə “Əhalinin təhlükəsizliyində telekommunikasiyanın önəmi” mövzusunda təqdimat ilə çıxış edərək şirkətin təhlükəsizlik və fövqəladə hallara hazırlıq istiqamətində həyata keçirdiyi təşəbbüslər haqqında danışıb.

Qeyd edək ki, Azercell 2021-ci ildən etibarən FHN-nin Mülki müdafiə işinin təşkili Baş idarəsi ilə sıx əməkdaşlıq edir. Mobil operator mülki müdafiə üzrə təlimlər təşkil edir və onların daha geniş auditoriyaya əlçatan olması üçün proqramı onlayn formata keçirib. Bu təlimlər iş yerində və gündəlik həyatda təhlükəsiz davranış qaydalarını əhatə edir. Azercell bu təşəbbüsü yalnız daxili akademik platformasında deyil, həm də ictimaiyyət üçün açıq xarici platformalarda paylaşır.

Fövqəladə hallara hazırlıq çərçivəsində Azercell əməkdaşları mütəmadi olaraq mülki müdafiə məşqlərində iştirak edirlər. Həmçinin son illərdə şirkət mülki müdafiə dəstələri, texniki heyət və rəhbərlik ilə birlikdə alternativ formatda Biznesin Davamlılığı testləri həyata keçirib. Bu tədbirlərdə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsinin əməkdaşları da iştirak edərək dəstək göstəriblər.

"Dayanıqlı rabitə, təhlükəsiz həyat!" prinsipi əsasında Azercell dövlət qurumları və müvafiq strukturlarla birgə Böhran İdarəetmə Qrupu (BİQ) layihəsi çərçivəsində müxtəlif təlimlər və testlər həyata keçirib.

Ümumdünya Mülki Müdafiə Günü münasibətilə Azercell əməkdaşları üçün maarifləndirici proqramlar, uşaqlar üçün xüsusi tədbirlər və rəsm müsabiqələri təşkil edərək təhlükəsizlik qaydalarına dair bilikləri artırılmasına töhfə verib.

Azercell, təhlükəsizliyi korporativ mədəniyyətinin ayrılmaz hissəsi kimi qəbul edir və bu sahədə fəaliyyətini "Təhlükəsizlik hər birimizin məsuliyyətidir!" şüarı ilə davam etdirir.

“Azercell Telekom” MMC və şirkətin fəaliyyəti haqqında daha ətraflı məlumat əldə etmək üçün rəsmi Azercell səhifəsinə daxil olun.

Tarix
2025.03.07 / 12:06
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev sözünü də deyir, ancaq Kreml bilir ki… - Xalatyan

ABŞ ştatları Çini kovidə görə məhkəməyə verir - İlk qərar

İsrail açıqladı: Bakı ilə ABŞ arasında strateji müttəfiqlik...

Biznesmenlerin Azərbaycana səfəri təxirə salındı

Bakı o iki ermənini istəyir, Nikol razılaşa bilər - Şarmazanov

Ermənistan bu şəxsləri təhvil verməlidir - Hacıyev

Bakı Qəzza ilə bağlı Misirin irəli sürdüyü planı dəstəkləyir

Tramp Cənubi Qafqazda nələri dəyişəcək? - Bıstritski

Rusiya alverçidir, bizi satacaq - Süleymani

İsrail druzları qorumaq adıyla Suriyaya meydan oxudu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla