Yuxarı

Karlinin cinayət işi baş prokurorun I müavininə qaytarıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Karlinin cinayət işi baş prokurorun I müavininə qaytarıldı

Qumar oyunları təşkil edərək iki milyon manatdan çox leqallaşdırmada təqsirləndirilən Rusiya vətəndaşı Ruslan Karlin barəsindəki cinayət işi Baş prokurorun birinci müavininə qaytarılıb.

Axar.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində qərar verilib.

Məhkəmə təqsirləndirilən şəxsin vəsatəti əsasında onun müdafiə hüququnun pozulduğu, həmçinin ittiham aktının düzgün tərtib edilmədiyi və kobud qanun pozuntularına yol verildiyi qənaətinə gəlib.

Bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilib, eləcə də ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Azərbaycanın Baş prokurorunun birinci müavininə qaytarılıb.

Həmçinin məhkəmənin qərarı ilə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin müvəkkili barəsində xüsusi qərar çıxarılıb.

Qeyd edək ki, Ruslan Karlin 2023-cü ildə Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən saxlanılıb.

O, Azərbaycan banklarına məxsus bank kartı məlumatlarını və sim kartları ölkə hüdudlarından kənarda olan şəxslərə göndərməkdə və həmin bank kartı məlumatlarını qumar oyunları, eləcə də qanunsuz idman mərc oyunlarının təşkil edildiyi onlayn platformalara qoymaqda ittiham edilib.

İttihamda qeyd olunub ki, təqsirləndirilən şəxs bu yolla 2 milyon 642 min 072 manat pulu leqqallaşdırıb.

Ruslan Karlin Cinayət Məcəlləsinin 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 244-1.2.2 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddələri ilə ittiham edilib.

Tarix
2025.03.07 / 16:07
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan “tualetdə ölü tapılardın” dedi, işarə etdi - Video

Himayədar ailə institutunun inkişaf etdirilməsi... - Görüş

Azərbaycan onu Hindistana təhvil verdi

Özbəkistan hərbçiləri Bakıya gəldi

Prokurorluğun sorğusu əsasında konstitusiya işinə baxıldı

Erməni qadın: Qarabağ nə vaxt bizim olub ki? - Video

Fransanın bu etirazları zorakılıqla yatırmasından 2 il ötür

Bakı neftinin Yaponiyaya ixracı əlavə imkanlar aça bilər

Peter Pelleqrini Azərbaycana bu tarixdə gələcək

300 min azərbaycanlı Ermənistana qayıdır: Harada yaşayacaqlar?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla