Yuxarı

Bakıda motosiklet maşına çırpıldı – Anbaan video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün səhər saatlarında paytaxtın Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə Axar.az-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzindən bildirilib.

Müşahidə kamerasının qeydə aldığı görüntüyə əsasən motosiklet sürücüsü işıqforun qadağanedici siqnalının tələbinə məhəl qoymayaraq gəldiyi sürətlə hərəkətə başlayan minik avtomobilinə çırpılır. Kəsişmədə piyada keçidindən keçən piyadalar isə qəzadan xilas olurlar.

“Növbəti dəfə edilən diqqətsizlik, qaydalara əməl edilməməsi xəsarətlə nəticələnən ağır qəzanın baş verməsi ilə yanaşı, kəsişmədə dəqiqələrlə nəqliyyat sıxlığı yaradır.

Təqdim etdiyimiz bu videoda olanlar bir daha göstərir ki, bəzi sürücülər işıqforun qırmızı işığından keçməklə, təkcə sürücü və sərnişinlərin yox, piyadaların da həyatını təhlükəyə atırlar”, - məlumatda vurğulanıb.

Tarix
2025.03.07 / 16:54
Müəllif
Axar.az
Digər xəbərlər

Nikol: Azərbaycan üzərindən Rusiyaya çıxmaq istəyirik

İlham Əliyev Rebeka Qrinspanı qəbul etdi

İlham Əliyev Birola “Dostluq” ordenini təqdim etdi - Foto

Əli Əsədov daha bir qərar imzaladı

İlham Əliyev ÜST-ün baş direktorunu qəbul etdi

Prezident Jelka Tsviyanoviçlə görüşdü

İrəvan təkliflərimizi qəbul etdi, sülh danışıqları yekunlaşdı

İlham Əliyev Albaniya prezidenti ilə görüşdü

Prezident Bolqarıstanın XİN başçısını qəbul etdi

Bu, insanlığa qarşı bir təhqirdir - Hacıyev

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla