Yuxarı

Bakıda bu yollarda hərəkət sürəti aşağı düşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əvvəlcədən məlumat verildiyi kimi, hazırda paytaxtın əksər küçə və prospektlərində yaranan nəqliyyat sıxlığının müddəti və sıxlıq olan yolların sayı artıb.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Qeyd edilib ki, müşahidə kameralarının görüntülərinə, aparılan təhlillərə əsasən buna səbəb kimi pik və qeyri-pik saatlarda bayramlarla əlaqədar şəhərin mərkəzi hissəsinə nəqliyyat vasitələrinin daha çox axın etməsi, bəzi ictimai-iaşə obyektlərinin, gül mağazalarının qarşısında, dayanma və durmanın qadağan edildiyi nişanın təsir zonasında avtomobillərin park edilməsi göstərilə bilər. Yol-nəqliyyat hadisələrinin baş verməsi, texniki nasaz avtomobillərin yolda qalması da bu səbəblər siyahısındadır. Qeyd edilən məlumatlar Mərkəzin əməkdaşları tərəfindən və xüsusi proqramlar əsasında aparılan təhlillərə və faktlara əsaslanır.

Pik saatlarda ötən ayın əvvəlindən bu günə nəqliyyat vasitələrinin hərəkət sürətinin azalması (km/saat):

1. Səməd Vurğun küçəsi - 45-dən 37-yə;

2. Rəşid Behbudov küçəsi - 14-dən 12-yə;

3. Koroğlu Rəhimov küçəsi - 11-dən 8-ə;

4. Bülbül prospekti - 18-dən 15-ə;

5. 28 May küçəsi - 12-dən 11-ə;

6. Zərifə Əliyeva küçəsi - 23-dən 20-ə;

7. Ziya Bünyadov prospekti - 49-dan 24-ə;

8. Tiflis prospekti - 17-dən 11-ə;

9. Neftçilər prospekti - 30-dan 16-ya;

10. Heydər Əliyev prospekti (köməkçi yol) - 18-dən 11-ə;

11. Qara Qarayev prospekti - 43-dən 34-ə;

12. 8 Noyabr prospekti - 42-dən 26-ya;

13. Babək prospekti - 50-dən 40-a;

14. Yusif Səfərov küçəsi - 46-dan 30-a;

15. Xətai prospekti - 27-dən 20-yə.

“Bir daha bildirmək istəyirik ki, yollarda bu səbəblərdən bir avtomobilin yolun hərəkət zolağında park edilməsi və ya dayanması, nəqliyyat intensivliyinin aşağı düşməsinə gətirib çıxarır. Bu da mərkəzlə yanaşı, digər yollara da təsir edir.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən nəqliyyat intensivliyini artırmaq üçün hazırda 40-dan çox küçə və prospektdə işıqforlara “yaşıl dalğa” əmri verilir, kamera görüntüləri əsasında problemli kəsişmələrə əlavə naryadların cəlb olunması məqsədilə yol polisi ilə birgə tədbirlər görülür”, - məlumatda vurğulanıb.

Tarix
2025.03.08 / 16:28
Müəllif
Axar.az
Digər xəbərlər

Təyyarəmiz generalın əmri ilə vurulub - Yeni sensasion məlumat

Mixail Qusman işdən çıxarıldı

Prezidentin nümayəndəsi "Araz-Naxçıvan"ı təbrik etdi

AZAL reysinə zərbə endirən Paladiçukun şərhləri yayıldı - Video

Hakan Fidan Azərbaycan stendini ziyarət etdi - Foto

Azərbaycan XİN də Rusiyaya başsağlığı verdi

Azərbaycan bu şəxsi Özbəkistana ekstradisiya etdi

İlham Əliyev Putinə başsağlığı verdi

İlham Əliyevin bu müraciəti BMT-nin rəsmi sənədi kimi yayıldı

Azərbaycandan Marko Rubioya müraciət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla