Yuxarı

Zakir İbrahimov IV “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində layihə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə görüşüb.

Axar.az xəbər verir ki, Zakir İbrahimov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsinin innovativ yanaşma ilə intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsinə, dəstəklənməsinə və ölkədə kadr bankının yaradılmasına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.

Z.İbrahimov tanışlıq xarakteri daşıyan görüşdə mentorluq proqramının iştirakçılarını dövlət tərəfindən yaradılmış bu şansdan düzgün istifadə edərək, yüksək rəqabət şəraitində keçən müsabiqədə qaliblər sırasında yer almaları münasibətilə təbrik edib.

Sədr qaliblərə praktiki fəaliyyətə cəlb olunmaqla mövcud potensiallarının inkişafı, peşəkarlıq vərdişləri və idarəçilik sahəsində təcrübələrinin artırılması üçün zəruri dəstək göstəriləcəyini qeyd edib, “AzerGold” QSC-nin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Görüşdə həmçinin Mentorluq proqramı çərçivəsində görüləcək işlər, fərdi inkişaf planları müzakirə edilib.

“Yüksəliş” müsabiqəsinin qalibləri isə öz çıxışlarında yaradılan imkan və səmimi görüşə görə təşəkkürlərini bildirib, həyata keçiriləcək proqramın onların fərdi inkişafına mühüm töhfə verəcəyinə inandıqlarını vurğulayıblar.

Tarix
2025.03.11 / 14:47
Müəllif
Axar.az
Digər xəbərlər

İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi

Tramp “bu gün-sabah görüş” dedi – Rusiyadan reaksiya

Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…

Bayramov makedoniyalı həmkarı ilə görüşəcək

Ermənistan Azərbaycana bu tarixdə hücum edəcək - KİV

Ukrayna darmadağın etdi və sübut elədi ki... – Hərbi ekspert

Azərbaycanda at oynadan “həkimlər”: Onları kim himayə edir?

Vardanyan imicini dəyişdi: saqqalını qırxdı... - Foto

Prezident nazirə baxdı: Buna dərhal son qoyacağıq

Prezidentlər mətbuata bəyanatlarla çıxış etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla