Yuxarı

“Melissa” içində yaşayış olan daha bir evi dağıdıbmış - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, paytaxtın Yasamal rayonu Birinci Alatava yaşayış massivi, Abdulvahab Salamzadə küçəsində tikinti şirkəti yaşayış olan evin bir hissəsini dağıdıb.

Axar.az Azxeber.com-a istinadən xəbər verir ki, bu, tikinti şirkətinin qanunsuz əməli ilk deyil.

Belə ki, eyni hadisə keçən ilin oktyabr ayının 21-də Yasamal rayonu, Birinci Alatava qəsəbəsində baş verib. Eyni ssenari üzrə hərəkət edən şirkət əməkdaşları yaşayış olan evləri sökməyə başlayıblar.

"Melissa Group” tikinti şirkəti tərəfindən aparılan söküntü barədə sakinlərə əvvəlcədən heç bir məlumat verilməyib.

Vətəndaşlar arasında qorxu və çaşqınlıq yaradan hadisədən 5 ay keçdikdən sonra eyni hal yenidən təkrarlanıb.

Qeyd edək ki, baş verən söküntünün Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində aparılan söküntü işləri ilə əlaqədar 27 mart 2025-ci il tarixində Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən əraziyə baxış keçirilib və bu işlərin müvafiq icazə olmadan aparıldığı müəyyən edilib.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, "Melissa Group” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov, iş icraçısı və ekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi açılıb.

Araşdırma aparılır.

Tarix
2025.03.28 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

31 mart Azərbaycan tarixinin faciəvi səhifələrindən biridir

Mehriban Əliyeva soyqırımla bağlı paylaşım etdi

Ermənilər Ordumuzu atəşə tutdu, PUA-larla kəşfiyyat uçuşları...

Azərbaycanlıların Soyqırımı Günü - XİN-dən bəyanat

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

Prezidentdən Soyqırım Günü ilə bağlı paylaşım

Türkiyə Azərbaycanda sülhə töhfə verir - Ərdoğan

İlham Əliyev Şahbaz Şəriflə danışdı

Cövdət Yılmaz Əli Əsədova məktub göndərdi

Məhəmməd bin Salman İlham Əliyevi təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla