Yuxarı

İntihara cəhd edən şairin son durumu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İntihara cəhd edən şairin son durumu açıqlandı

İntihara cəhd edən qazi, şair Həsən Kürün (Zeynallı) vəziyyətində irəliləyiş var.

Axar.az xəbər verir ki, bu barədə yazıçı Azad Qaradərəli məlumat verib.

"Bu gün qazi, şair Həsən Kürü Sabunçu xəstəxanasında ziyarət etdim. Şükür! Səhhətində xeyli irəliləyiş var. Amma hələ də ciddi müalicələr almalıdır. İnanıram ki, onu dövlət rəsmiləri yalqız qoymayacaqlar", - o bildirib.

Qeyd edək ki, Həsən Kür fevralın 22-də intihara cəhd edib. Belə ki, o, "Sevinc Moll" ticarət mərkəzinin 3-cü mərtəbəsindən özünü atıb. Həmin gün 19:10 radələrində müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, kəllə sümüyünün sınığı diaqnozu ilə ona zəruri tibbi yardımlar göstərilib.

Hazırda şairin 3 saylı Şəhər Klinik Xəstəxanasında (Sabunçu xəstəxanası) müalicəsi davam etdirilir.

Tarix
2025.03.30 / 18:27
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla