Yuxarı

Erkən nikahların əsas səbəbi bu deyil – Komitə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Erkən nikahların əsas səbəbi bu deyil – Komitə

Hazırda ölkəmizdə erkən nikah göstəricilərinin sayı son 4 ildə 10 dəfə azalıb.

Bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov erkən nikahlarla bağlı Axar.az-a danışarkən deyib.

"Erkən nikah məişət zorakılığının bir növüdür. 1998-ci ildə Qadın Komitəsi, 2006-cı ildə isə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradıldıqdan sonra bu məsələ ilə ciddi şəkildə məşğul olunur.

2012-ci ildə erkən nikahın qarşısının alınması üçün qanunvericilikdə daha bir yenilik edildi. Kişilərə və qadınlara eyni yaşda nikaha girmək icazəsi verildi. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda, nikaha daxil olmaq istəyən və nikah yaşına çatmamış şəxslərin yaşadıqları ərazinin icra hakimiyyəti tərəfindən onların xahişi ilə nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər".

Hüquq elmləri üzrə fəlsəfə doktorunun sözlərinə görə, Azərbaycanda qeydə alınan erkən nikahların əsas səbəbi sosial çətinlik deyil:

"Tacikistanda, Ermənistanda qeydə alınan erkən nikahların səbəbi sosial çətinliklər olsa da, Azərbaycanda bu, belə deyil. Cinayət Məcəlləsində cəza sistemi ilə bağlı edilən yeniliklərdən, nikah qanunvericiliyinin təkmilləşdirilməsindən sonra 2012-2016-cı illərdə ölkədəki erkən nikah göstəriciləri 10 dəfə azalıb".

Elgün bəyin fikrincə, əsas mübarizə metodu maarifləndirmə olmalıdır:

"Uşaq hüquqları, qadın azadlıqları, qadınların biznesə cəlb edilməsi istiqamətində keçirdiyimiz təlimlərin maarifləndirmə istiqamətində böyük rolu var. Erkən nikahların qarşsının alınması üçün ictimai nəzarət özü də olduqca vacibdir. Qonşuların, qohumların, polis müvəkkillərinin, Sosial Müdafiə Nazirliyinin nümayəndələrinin məsələyə müdaxiləsi böyük əhəmiyyət kəsb edir. Vətəndaş cəmiyyətləri, Qeyri Hökumət Təşkilatları da mübarizəyə qoşulmalıdır".

Qeyd edək ki, daha öncə Maştağa qəsəbə sakini – 20 yaşlı ana ilə 3 yaşlı körpəsi itkin düşüb. 20 yaşında 3 yaşlı qız anası olan və deməli, ən geci 16 yaşında ərə verilən qızın taleyi də bu faktdan sonra mütəxəssislərin diqqətini özünə cəlb edib.

Tarix
2016.06.01 / 08:15
Müəllif
Rəfiqə Əlisəfa
Digər xəbərlər

Xameneinin ölümü: İranda 40 günlük matəm elan olundu

Tramp Xameneinin öldüyünü elan etdi - Təcili

İran rəsmən Xameneinin öldüyünü təsdiqləyəcəkmi?

İrandan 12 Azərbaycan vətəndaşı, 1 italiyalı təxliyə edildi

Xamenei artıq yoxdur - Netanyahudan sensasiya

Tramp İrana zərbələri birbaşa izləyir - Foto

İrana inanılmaz zərbələr endirilir - Bu, “12 günlük” deyil!

Rəsmi Bakıdan çağırış: Danışıqlara qayıdın!

Sərhədimizdə dəhşətli müharibə: İranı nə gözləyir?

Rəsmi Bakının atdığı siyasi addımlar... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla