Yuxarı

Bu xanıma Bakı metrosunda yüksək vəzifə verildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu xanıma Bakı metrosunda yüksək vəzifə verildi

Cəmilə Hidayət qızı Xəlilova Bakı Metropoliteni QSC-də İnsan resursları və layihələrin idarə edilməsi departamentinin rəisi vəzifəsinə təyin edilib.

Axar.az xəbər verir ki, bu barədə QSC məlumat yayıb.

Bildirilib ki, C. Xəlilova 1984-cü ildə anadan olub. 2000-2005-ci illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr, 2005-2007-ci illərdə isə magistr dərəcəsi alıb. 2019-2024-cü illərdə təhsilini Böyük Britaniyanın “Chartered Institute of Professional Development”də (CIPD) davam etdirib və strateji insan resursları sahəsində iki diplom əldə edib.

2005-2017-ci illərdə bir sıra şirkətlərdə hüquq və insan resursları sahəsində müxtəlif vəzifələri icra edib, 2017-2023-cü illərdə “Nobel Energy” şirkətlər qrupuna daxil olan “Prokon EPC” şirkətində İnsan resursları departamentinin direktoru, 2023-cü ildən etibarən “SOCAR AQS” MMC-nin İnsan kapitalı şöbəsinin meneceri vəzifəsində çalışıb.

Hazırda “Selinus University of Sciences”də insan idarəedilməsi sahəsi üzrə doktorantura təhsili alır və CİPD İnstitutunun “Fellow Chartered” üzvüdür.

Tarix
2025.04.03 / 14:33
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı 3 ölkə ilə ittifaq qurmuşdu: Biz bacardıq, digərləri...

Bakı və İrəvan arasında tarixi razılaşma - Papoyan açıqladı

Azərbaycanın qeyri-neft-qaz ixracı bu qədər artdı

İrandan İrəvana uçuşlar ləğv edildi

Rusiya mediasında Azərbaycana qarşı saxta məlumat yayıldı

Vensin Bakıya səfər proqramına nələr daxildir?

Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

Məhkəmədən Əli Kərimli ilə bağlı qərar

Yaralı etirazçıları müalicə edən ərdəbilli həbs edildi

Ceyhun Bayramov Çinə yola düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla