Bu xanım həkimlər istintaqa cəlb edildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Respublika Endokrinoloji Mərkəzində baş verən qanunazidd əməllərlə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanılmış cinayət işinin istintaqı davam etdirilir.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Mərkəzin daha iki əməkdaşı - həkim endokrinoloqlar Nüşabə Hüseynova və Nərmin Fərziyeva istintaqa cəlb olunublar. Onlar davam edən cinayət işi üzrə ifadə veriblər.

Qeyd edək ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Respublika Endokrinoloji Mərkəzinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Qeyd edilən Mərkəzin vəzifəli şəxsləri tərəfindən öz həqiqi təsir imkanlarından istifadə edilərək digər vəzifəli şəxslərin qərarına qanunsuz təsir etməklə şəkərli diabet xəstəliyindən əziyyət çəkən şəxslərin qeydiyyata alınması, onların müxtəlif dərman vasitələri ilə təmin edilməsi və bu kimi başqa məqsədlərlə ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti almalarına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 312-1.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri)) maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət əməllərinin törədilməsində təqsirli şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri tədbirlər davam etdirilir.

Tarix
2025.04.04 / 15:37
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğan azərbaycanlı alimi vəzifədən çıxardı

İlham Əliyevin Türkiyə səfəri ilə bağlı - Video

İlham Əliyev “yetər artıq” dedi, Ərdoğan da... - Akar

Bakıda TDT-nin Zirvə görüşü nəzərdə tutulur - Bayramov

Bakanov Rusiyanın itkilərini “ağzından qaçırdı”…

İlham Əliyevin Türkiyəyə səfəri başa çatdı

Bayramov İvan Xil Pinto ilə görüşdü

Mehriban Əliyeva Antalyada panel iclasında iştirak etdi - Foto

Bayramovla Lavrov arasında görüş oldu

Gürcüstanın "3+3" formatına qoşulması... - Boçorişvili

KULT
<> <>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla