Yuxarı

Bolnisidə həftəsonu məktəbi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bolnisidə həftəsonu məktəbi açıldı - Foto

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və layihələri çərçivəsində Kvemo Kartli bölgəsinin Bolnisi rayonunda fəaliyyət göstərən “Təhsil və Gənclər Birliyi”nin nəzdində həftəsonu məktəbi açılıb.

Axar.az xəbər verir ki, Gürcüstanın Kvemo Bolnisi (Kəpənəkçi) kəndində açılan məktəb bölgədə yaşayan soydaşlarımız üçün nəzərdə tutulub. Həftəsonu məktəbinin məqsədi azərbaycanlı uşaqlarda tariximizə, mədəniyyətimizə və incəsənətimizə maraq oyatmaq, onların əsl şəxsiyyət kimi boya-başa çatmasına xidmət etmək, Azərbaycan dilini qoruyub yaşatmaqdır.

Məktəbin Azərbaycan dili müəllimi Çingizxan Yaqubov Kəpənəkçi kəndinin bu günə qədər Azərbaycan elminə və mədəniyyətinə görkəmli şəxsiyyətlər bəxş etdiyini bildirib. O, bu ənənənin davam etdirilməsində maraqlı olduqlarını vurğulayıb.

Qeyd edək ki, son illərdə Gürcüstanın müxtəlif bölgələrində həftəsonu məktəbləri fəaliyyətə başlayıb.

Tarix
2025.04.04 / 16:09
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk - ABŞ

Azərbaycanın sahillərini "Barbaros" qoruyacaq

Əsgərliyə çağırış sistemi dəyişdirilir - Təklif

Tiflisdə Əliyevin büstünü zədələyən erməninin cəzası...

Türkiyə Azərbaycanla təlimdən yeni video paylaşdı

Zakir Həsənov bu ölkələrin müdafiə nazirləri ilə görüşdü

Hikmət Hacıyev Kestutis Vaşkele­viçiusla görüşdü

Polkovniklər üçün pensiyaya çıxma yaşı bəlli oldu

Erkən evlilik anlayışı dəyişdi – Yeni qayda

Onların müqaviləli hərbi xidmət müddəti kəskin azaldıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla