Yuxarı

Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi açıldı - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Aprel şəhidlərinin xatirəsinə ehsan süfrəsi açıldı - Foto

Aprel döyüşlərinin 9-cu ildönümü ilə əlaqədar Xətai rayonunda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası təşkil olunub və ehsan süfrəsi açılıb.

Axar.az xəbər verir ki, tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xətai rayon idarəsinin rəisi Nicat Həsənov, rayon ağsaqqalları, şəhid ailələri, qazilər iştirak ediblər.

Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükütla yad ediblər. İcra başçısı Rafiq Quluyev qeyd edib ki, Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə uzun illərdən sonra xalqımıza qələbə sevinci yaşatdı və Ordumuzun gücünü, xalqımızın yenilməz ruhunu bütün dünyaya göstərdi. Xalqımız həm Aprel döyüşlərində, həm 44 günlük Vətən müharibəsində, həm də 2023-cü il 24 saatlıq sentyabr əməliyyatlarında Ordumuzun, Ali Baş Komandanın ətrafında yumruq kimi birləşdi. Bu birlik bizim iradəmizi, əzmimizi sarıslmaz etdi, gücləndirdi. Bu gün Xankəndidə, Şuşada, Xocalıda və azad olunmuş bütün ərazilərimizdə üç rəngli şanlı bayrağımız qələbəmizin rəmzi olaraq qürurla dalğalanır. Lələ Təpədən başlanan Zəfər yürüşümüz tarixi Şuşa qalasında, Xankəndidə qələbə ilə başa çatdı. Bu Azərbaycan tarixinin ən şanlı və qürurlu tarixidir.

Təşkil olunan ağacəkmə aksiyasında rayonun Gənclik parkında şam ağacları əkilərək suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.

Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Tarix
2025.04.05 / 13:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan onları 6 ölkə ilə vizadan azad edir

Rusiyadan səfirliyimizin vurulması ilə bağlı açıqlama

Bakıya gələn ermənilərin adları açıqlandı - Foto

Tokayev İlham Əliyevə təşəkkür etdi

Azərbaycanlı ilə eşq yaşayan erməni konsuldan yeni xəbər

Bakıda D-8 Media Forumunun keçirilməsi bunu təsdiqləyir

Astana Zəngəzur vasitəsilə Türkiyəyə yeni marşrut açır

Prezidentin müraciəti BMT sənədi kimi yayıldı

Hazırda media mühiti sürətli transformasiyaya məruz qalır

Ermənistanın vətəndaş cəmiyyəti nümayəndələri Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla