Yuxarı

Azərbaycanda orta aylıq maaş 10%-dən çox artdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda orta aylıq maaş 10%-dən çox artdı

Bu ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 10,2% artaraq 1 044 manat təşkil edib.

Axar.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub.

Bu il martın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 758,8 min nəfər olub, onlardan 878,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 880,3 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

Muzdla işləyənlərin 18,7%-i təhsil, 18,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,7%-i sənaye, 8,5%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5%-i tikinti, 6,4%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,2%-i nəqliyyat və anbar təsərrüfatı, 3,9%-i peşə, elmi və texniki fəaliyyət, 2,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,3%-i maliyyə və sığorta fəaliyyəti, 14,9%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

Tarix
2025.04.11 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian Azərbaycana təşəkkür etdi

Vensin Şəhidlər xiyabanını ziyarət etməsi bunun ifadəsidir

İlham Əliyev Məsud Pezeşkianı təbrik etdi

Vensin Bakıya səfəri, Prezidentlə görüşü... - Video

ABŞ-dan erməni diasporuna zərbə: Qondarma soyqırım...

Şevçenko: Türkiyə nüvə ölkəsinə çevrilir

Paşinyan açıqladı: Azərbaycan buna icazə verib!

İlham Əliyev Vensə bu fotoları göstərdi - Video

Şuşa yolunda qaçan cüyürlər maraq doğurdu - Foto

Tramp Azərbaycana heyrandır - Vens

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla