Yuxarı

Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xəbərdarlıq: Bu tarixədək leysan yağacaq

Azərbaycanın bəzi rayonlarında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq yağıntıların intensivləşəcəyi, 15 və 16-da daha da kəskinləşəcəyi, yağışın leysan xarakterli olacağı gözlənilir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Xəbərdarlığa əsasən, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı, intensiv yağış nəticəsində dağ çaylarından sel və daşqın keçəcəyi ehtimalı var.

Aprelin 15-16-da qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq fasilələrlə yağış yağacaq, 15-16-da arabir leysan xarakterli intensiv olacaq. Aprelin 14-dən 15-nə keçən gecədən başlayaraq 17-si gündüzədək şimal-qərb küləyinin əsəcəyi, 15-20 m/s, bəzi yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti aprelin 17-dək davam edəcək.

Tarix
2025.04.13 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev III Msvatini təbrik etdi

Rusiyanı diz çökdürmək strategiyası... - Fitso

Bu, tariximizin korlanmasıdır, yoxsa? - Foto

Simonyan dostunun model qızı ilə evləndi - Video

Bu təqaüd 100 manata qaldırıla bilər

Zelenski Azərbaycan əsilli prokuroru təltif etdi

Vətəndaşları bu adla aldadan şəxs həbs edildi

Bakı ilə Astananın bağlılığının ən bariz nümunəsi budur

Goranboydakı yanğın: bu iddialar əsassızdır - “Avronyus”

Ermənistana 977 ton dizel yanacağı göndərildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla