Yuxarı

30 yaşı keçənlərə hərbi xidmətlə bağlı niyə mesaj göndərilir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Azərbaycanda həqiqi hərbi xidmətkeçmədə son yaş həddi 35-dən 30-a endirilib.

Axar.az Ölkə.az-a istinadla xəbər verir ki, buna baxmayaraq 30 yaşı keçənlərə hərbi xidmətlə bağlı mesaj gəlməsi insanlar arasında bir qədər çaşqınlıq yaradıb.

Buna səbəb isə mesajlarda çağırışın səbəbinin qeyd olunmamasıdır.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti daha əvvəl mesajlara aydınlıq gətirsə də, məsələnin daha sadə dildə izahatına ehtiyac yaranıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib ki, bu, 30 yaşı tamam olan ehtiyata buraxılan şəxslərin sağlamlıq durumunu öyrənmək məqsədi daşıyır:

“Yaşı 30-u keçmiş və hərbi xidmətə yararsız olan, daha doğrusu, dinc dövrdə müddətli həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə isə məhdud yararlı olanlara SMS gəlib. Bu SMS ona görə göndərilib ki, onlar sonuncu dəfə həkim komissiyasından keçirilir və ehtiyata buraxılırlar. Ehtiyata buraxıldıqda onların sağlamlıq statusları müəyyən olunmalıdır ki, sabah onlar ehtiyatda olmaqlarına baxmayaraq yenidən lazım olsalar, bilinsin ki, bu şəxslər xidmətə yararlıdır, yararsızdır və ya məhdud yararlıdırlar.

Yəni yaşı 30-u keçənlərə SMS göndərilməsinin səbəbi onların ehtiyata buraxılması üçün sonuncu dəfə həkim müayinəsinə cəlb olunmasıdır. Ehtiyata buraxılarkən onların sağlamlıq durumu müəyyən edilməlidir”.

Həqiqi hərbi xidmət yaşının 30-a endirilməsindən sonra bəziləri üçün qaranlıq qalan digər bir məsələ isə mətbuatda yer alan məlumatlarda müddətli həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin 31.5 yaş göstərilməsidir. Əhali arasında "həqiqi hərbi xidmətkeçmədə son yaş həddi" ilə "hərbi xidmətdə olmağın son yaş həddi" anlayışlarını səhv salıblar.

P.Sədrəddinov bu məsələyə də aydınlıq gətirib.

“Çağırış ayına qədər 30 yaşı tamam olan şəxslər (çağırış hər 3 aydan bir olur) əsgərliyə getmir. Çünki onun 30 yaşı artıq tamam olub. Əgər şəxs 30 yaşı tamam olan ildə əsgərliyə gedirsə, orta təhsillidirsə, o, 31.5 yaşda, ali təhsillidirsə, 31 yaşında tərxis olacaq.

Əvvəllər həqiqi hərbi xidmətkeçmənin son yaş həddi 35 idi. Yəni 35 yaşa qədər hərbi xidmətə çağırılırdısa və orta təhsillidirsə, 36.5 yaşında tərxis olurdu”.

Tarix
2025.04.14 / 16:10
Müəllif
Axar.az
Digər xəbərlər

Saakaşvilidən İlham Əliyev haqda heyrətamiz sözlər

Əli Əsədov Gürcüstan prezidenti ilə görüşdü

Bayramov Çinin yeni səfiri ilə görüşdü

Mixail Kavelaşvili Azərbaycana gəldi - Foto

Hakan Fidan Ceyhun Bayramovu bu cür yola saldı - Video

Sahibə Qafarova Hulusi Akarla görüşdü - Foto

Qarabağ Zəfəri qlobal təhlükələrə qarşı... - Akar

“Azərbaycanla müharibə olacaq” deyənlərə üz tuturam...

Sloveniya XİN başçısı İrəvan və Bakıya gəlir

Ermənistanda bəziləri müharibə təbliğatı aparır - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla