Yuxarı

Yağışların sürətli yağması suların ötürülməsinə maneə yaradır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yağışların sürətli yağması suların ötürülməsinə maneə yaradır

Bəzən Bakıda və regionlarda yağıntıların miqdarı normadan artıq olur və kanalizasiya kollektorları yağış sularını daşımaq üçün nəzərdə tutulmadığından sistemlər suyun axıdılmasında çətinlik çəkir.

Bu barədə Axar.az-a Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumat verilib ki, drenaj sistemləri fəaliyyət göstərsə də, yağışların sürətli və fasiləsiz xarakter alması suların tam şəkildə ötürülməsinə maneə yaradır.

“İntensiv yağıntılar nəticəsində ölkənin müxtəlif ərazilərində yaranan çətinliklərin aradan qaldırılması məqsədilə Xidmət gücləndirilmiş iş rejiminə keçib. Rayonlar üzrə su-kanal idarələrinin rəhbərləri və bütün işçi heyəti ərazilərdə yığılan suların çəkilməsi, yağış kanalizasiya kollektorlarının təmizlənməsi və onların fəaliyyətinin bərpası istiqamətində fasiləsiz olaraq çalışır. Yağışların intensivliyi nəticəsində su basma riski olan ərazilər əvvəlcədən nəzarətə götürülüb, həmin yerlər texnika, mal-material və işçi heyəti ilə təmin olunub", – deyə məlumatda vurğulanıb.

Qeyd olunub ki, hava şəraitindən asılı olmayaraq, kanalizasiya kollektorlarının yuyulması, barmaqlıqların təmizlənməsi, stansiyaların təftişi və mexaniki avadanlıqların saz vəziyyətə gətirilməsi işləri mütəmadi olaraq həyata keçirilir. Yağışların intensivləşdiyi günlərdə isə bu tədbirlər daha da gücləndirilmiş şəkildə icra olunur:

"Hazırda su-kanal idarələrinin məsul əməkdaşları rayon icra hakimiyyətləri ilə birgə ərazilərdə vəziyyəti nəzarətdə saxlayır, mümkün fəsadların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görürlər. Yığılan suların ərazilərdən çəkilməsi ilə bağlı işlər davam etdirilir".

Tarix
2025.04.16 / 10:20
Müəllif
Axar.az
Digər xəbərlər

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla