Yuxarı

ABB Alfa nəsli üçün "Alpha Card" məhsulunu təqdim etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABB Alfa nəsli üçün "Alpha Card" məhsulunu təqdim etdi

ABB Alfa nəslinin təmsilçiləri olan uşaqlar üçün "Alpha Card" məhsulunu bazara təqdim edib. Bu debet kart uşaqların maliyyə xidmətləri ilə bağlı ehtiyaclarının təmin olunması üçündür. "Alpha Card" tam rəqəmsaldır. Onun sifarişi və əldə olunması da əvvəldən sona tam rəqəmsal təcrübə ilədir.

Axar.az xəbər verir ki, valideynlər 7 yaşdan 17 yaşa qədər övladları üçün "Alpha Card"ı ABB mobile tətbiqindən sifariş verə bilərlər. Debet kart valideynin adına açılaraq uşağın istifadəsinə verilir. Məlumat bazalarının inteqrasiyası nəticəsində kart sifarişi zamanı uşağın adı görünür. Öz kartının dizaynını da uşaq özü seçə bilir.

Kartdan istifadə valideynin nəzarətində olur. Hər bir valideyn kartdan istifadəni nəzarətdə saxlayır, kənardan idarə edir, limitləşdirir. Uşağın "Alpha Card"la apardığı bütün əməliyyatlar haqqında real vaxt rejimində valideynə bildirişlər gəlir.

Kart rəqəmsal bacarıqlara erkən yaşlardan yiyələnən Alfa nəsli nümayəndələrinin maraqlarına, davranışlarına uyğundur. ABB-nin növbəti innovativ məhsulu olan bu kart yeni nəslin maliyyə savadlılığına, onlarda rəqəmsal maliyyə xidmətlərindən istifadə vərdişlərinin inkişafına kömək göstərəcək.

"Alpha Card" məhsulunun daha bir özəlliyi bu kart haqqında hazırlanmış videonun musiqi və sözlərini süni intellektin yazmasıdır.

"Alpha Card"ın üstünlükləri haqqında ətraflı məlumatları buradan əldə edə, kartı ABB mobile-dan sifariş verə bilərsiniz.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.04.16 / 22:27
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla bu ölkə arasında viza rejimi ləğv edildi

Nazir təsdiqlədi: Bu sürücülərdən 30 manat tutulacaq...

Xalçamızla bağlı iddia irəli sürüb ki, guya... - Məmmədov

Ərdoğan Nyu Yorkda Paşinyanla görüşdü - Video

Fransadan Bakının əfv etdiyi Rayanla bağlı açıqlama

İranın Ermənistandakı səfiri həddini aşdı - Tehranın sözüdür?

Mansur Yavaş Qarabağ azad olunanda nə demişdi? - Dosye

Ceyhun Bayramov fransalı həmkarı ilə görüşdü

Prezidentin yüksək vəzifə verdiyi Gündüz Əliyev kimdir?

Bayramov serbiyalı həmkarı ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla