Yuxarı

Ödənişli yolu da su basdı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ödənişli yolu da su basdı - Video

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ödənişli avtomobil yolunda sel sularının yaratdığı fəsadları aradan qaldırır.

Axar.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn böyük sel kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu km-də yolun hərəkət hissəsinə dolub.

Yolun sözügedən hissəsində quraşdırılmış su keçidləri və suötürücü boruların eyni anda gələn böyük sel kütləsini ötürməyə gücü çatmadığı üçün Bakı şəhəri istiqamətində hərəkət məhdudlaşıb.

Görülmüş tədbirlər nəticəsində yola yığılmış su kütləsinin səviyyəsi bir qədər azaldılaraq ödənişli yolla paytaxt istiqamətində hərəkət qismən bərpa olunub.

Hazırda güclü yağışın yolda səbəb olduğu fəsadların aradan qaldırılması istiqamətində operativ qərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

Tarix
2025.04.17 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan ABŞ-a getdi

Vüqar Qurbanovun həbsinə hazırlıq gedir

Prezident Münhendə təsdiqlədi: Bu məsələdə güzəşt yoxdur!

Növbəti raund: Şərifov Darsalia ilə müzakirələr apardı

İlham Əliyevin cavabı və “müstəqil Emin”in sahibləri...

Simonyanın “Bakıdakı sonuncu erməni məhbus” iddiası...

Ruben Vardanyana hökm oxundu - Yenilənib

İsrail hücum edəcək, ABŞ isə “qoruyacaq” - Ekspert

Bu ölkə Ermənistana “Harop”un analoqunu verdi

Vardanyanın cəzalandırılması regionu nələrdən xilas etdi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla