Yuxarı

Maşınından 3 mini oğurlanan jurnalist danışdı - Fotolar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış jurnalist, İctimai Televiziyanın redaktoru Esmira Qasımovanın avtomobilindən oğurluq hadisəsi baş verib.

Hadisə ötən gecə E.Qasımovanın yaşadığı Binəqədi rayonu, M.Ə. Rəsulzadə qəsəbəsi, Musabəyov küçəsi ev 4 ünvanında baş verib. E. Qasımovaya məxsus "Range Rover" markalı avtomobilin sol qapı tərəfdən şüşəsi sındırılıb və maşının saxlanc yerində olan 3 min manat pul oğurlanıb.

Hadisədən sonar polisə çağrılan xanım həmkarımız müstəntiqlə dialoqunun bir məqamını sosial şəbəkədəki profilində paylaşıb.

Hadisə ilə bağlı danışan E.Qasımova oğurluq hadisəsi barədə bunları deyib: "Hadisənin kimlər tərəfindən törədildiyindən xəbərsizəm. Hazırda polis məsələ ilə bağlı araşdırma aparır. Oğurluqdan sonra sığorta şirkətindən gəliblər, polisdə isə ərizə yazmışam. Eyni zamanada qonşularımızı da sorğu-sual ediblər".

E.Qasımova "Facebook" sosial şəbəkəsində paylaşdığı statusada aydınlıq gətirib: "Həmin statusu zarafatla paylaşmışam. Əslinə qalsa, polis həmin sualları verməlidir. Ona görə də təbii qarşılayıram. Polis bu sualı mənə verəndə əvvəlcə təəccüb etdim və onlardan nə üçün belə bir sual verdiklərini soruşdum. Müstəntiq bildirdi ki, son zamanlar, adətən xanımların maşınlarına qarşı edilən belə hadisələrin sayı artıb. Adətən xanımların maşınlarına ziyan vuranlar qəsdən, qisas və ya paxıllıq etdiklərinə görə edirlər. Mən isə bildirdim ki, belə bir problemim yoxdur. Yaşadığımız məhəllə sakitdir və bir bloklu binamızda 22 ailə yaşayır və hər bir kəs bir-birini yaxşı tanıyır".

Xanım jurnalistin 3 min manatı nə üçün maşında saxladığını sual etdiyimizdə bildirdi ki, həmin pul bankların birinə ödəyəcəyi kreditin pulu olub: "Dünənki hava proqnozunda cümə gününə 16 dərcə istinin gözlənildiyini demişdilər. Bunu nəzərə alıb mən də şubamı palto ilə əvəzləməyi qərara aldım. Buna görə də əl çantamı dəyişməli idim. Əl çantamı dəyişərkən adətən əşyalarımın hamısın götürə bilmirəm. Bu gün də kredit ödəməli olduğuma görə, pulu maşında saxlamağı qərara aldım.Ona görə ki, çantanı dəyişəndə pul yadımdan çıxıb evə qala bilərdi. Əslinə qalsa heç bu gün heç kredit ödəyəsi də deyildim. Düşündüm ki, bu gün övladımın dərsləri azdır. Sabah isə işlərimin çoxluğunu nəzərə aldım və krediti bu gün rahat şəkildə ödəməyi qərarlaşdırdım. Mən də ki, qabağa düşüb krediti əvvəlcədən ödəmək istəyirdim".

E.Qasımovaya pulu maşına qoyarkən onu kimlərinsə görmüş olma ehtimalını da sual etdik: " Bildirdiyim kimi axşam evə gələndə düşündüm ki, səhər paltarımı dəyişəndə pul yadımdan çıxar və evdə qalar. Ona görə də yolda gələ-gələ çantamdan çıxardaraq maşının saxlanc yerinə qoydum".

Xanım jurnalistən hadisə baş verərkən nələr keçirdiyini də soruşduq: "Bu mənzərəni gördüyümdə gözlərimə inanmadım. Həm də təəssüfləndim. Sonra çalışdığım İctimai Televiziyanın əməkdaşı Pərviz Əbubəkirova zəng etdim və nə edəcəyimi soruşdum. O, dedi ki, polisə zəng et. Həm də Pərviz Əbubəkirovdan soruşdum ki, axı kim bilərdi maşında pul var? Axı pulun orada olduğundan heç kimi xəbəri yox idi. Hətta ailə üzvlərim də pulu orada saxladığımdan xəbərsiz idi. O, dedi ki, oğrular belə işləri təxmini edirlər. Bahalı maşın görən kimi düşünürlər ki, içərisində pul var. Onlar bu işi təxmini ediblər və əlləri dolu gediblər".

E.Qasımova onu da qeyd etdi ki, polislərin ona bildirdiyinə görə, dünən axşam saatlarında "Mitsubishi Pajero" markalı avtomobilin içərisinə pəncərəni daşla sındırmaqla daxil olublar (SİA).

Tarix
2014.02.21 / 22:55
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan Azərbaycanın beşdə birini işğal etdikdən sonra...

Əliyevlə Şoltsun təkbətək görüşü başladı

Ağdamda heç nə etməyən mərkəz bağlandı

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

İlham Əliyev Almaniyada mühüm tədbirdə... - Foto

COP29 bizə imkan verəcək ki... - Prezident

Qafqazda Rusiyanın yalnız bir tərəfdaşı var - Fenenko

Bu, gördüyümüz işlərin tanınmasıdır - Prezident

Sülhməramlılar Qarabağda buna nail oldular - Rus general

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla