Yuxarı

300 minlik saat oğurlayanlara hökm oxundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
300 minlik saat oğurlayanlara hökm oxundu

Bakının Yasamal rayonunda yerləşən "VMF Continental" mağazasından oğurluqda ittiham olunan Zhang Guomin və Liu Bonun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi illə keçirilən prosesdə ittiham aktı elan olunub.

İttihama görə, təqsirləndirilən şəxslər "VMF Continental" mağazalar şəbəkəsinə məxsus Yasamal filialında İradə adlı satıcıdan baxmaq istədikləri saatı rəfdən çıxarmasını xahiş ediblər. Saatın şəklini çəkdikdən sonra Liu Bo satıcının diqqətini yayındıraraq başqa saatı göstərməsini istəyib.

Satıcının diqqəti yayınarkən Zhang Guomin saatı oğurlayıb.

İttihama münasibət bildirən Zhang Guomin və Liu Bo özlərini təqsirli biliblər.

Lui Bo deyib ki, saatı Zhang Guomin götürüb. Daha sonra bağışlanılması üçün "VMF Continental" şirkətinə dəymiş ziyana görə kompensasiya ödəməyə hazır olduğunu vurğulayıb.

Zərərçəkən "VMF Continental" şirkətinin hüquqi nümayəndəsi isə təqsirləndirilən şəxslərdən şikayətçi olduqlarını açıqlayıb.

Zhang Guomin və Liu Bo zərərçəkmiş tərəfə 5 min dollardan 10 minə qədər kompensasiya ödəmə hazır olduqlarını deyiblər.

Daha sonra iclasda şahidlər ifadə verib.

Bundan sonra məhkəmə istintaqı tamamlanıb.

Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən Zhang Guomin və Liu Bonun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxslərin vəkilləri onların özlərini təqsirli bildiyini və ailələrinin ölkə xaricində olduğunu söyləyərək onlara yüngül cəza verilməsini xahiş edib.

Zhang Guomin və Liu Bo son sözünlərində çox peşman olduqlarını, bağışlanılmalarını və ölkələrinə göndərilmələrini xahiş edib.

Daha sonra təqsirləndirilən şəxslərin barəsində hökm elan edilib.

Hökmə əsasən, Zhang Guomin və Liu Bo 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Onların cəzaları bitdiyi an ölkədən deport ediləcəklər.

Tarix
2025.04.21 / 12:14
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla