Yuxarı

Yağış yağacaq, dolu düşəcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda və Abşeron yarımadasında aprelin 24-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Axar.az-a verilən məlumata görə, 23-dən 24-nə keçən gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.

Gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 11-15° isti, gündüz 20-25° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 13-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20° isti olacaq.

Tarix
2025.04.23 / 13:12
Müəllif
Axar.az
Digər xəbərlər

Papanın tabutu Azərbaycan xalçası üzərindədir - Foto

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - Foto

Prezident Cao Lıci ilə görüşdü - Foto

Fikrətoğlu müəmması: ARKA-dan getdi, yeni vəzifəsi...

Prezident Li Çianqla görüşdü

Bakının dəvətini müzakirə edəcəyik - Andreasyan

Prezidentin Çin səfəri: 3 mühüm məsələ... - Ekspert

Azərbaycan Çinlə elə bir saziş imzaladı ki...

Saziş imzalandı: Çinə nə vaxt vizasız gedə biləcəyik?

Prezident Çində, görün, hansı mahnı ilə qarşılandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla