Yuxarı

Hərbi vəzifəlilərə nəzəri və praktiki məşğələlər keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müdafiə Nazirliyinin illik hazırlıq planına əsasən, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə keçirilən tədbirlər çərçivəsində hərbi hissələrdə ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin cəlb edildiyi təlim toplanışında praktiki məşğələlərə xüsusi diqqət yetirilir.

Bu barədə Axar.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Tədris proqramına müvafiq olaraq, toplanışa cəlb edilmiş heyətlə xüsusi təyinatlı hərbi hissələrdən birində nəzəri və praktiki məşğələlər keçirilib, hərbi vəzifəlilərin sıra hazırlığı təkmilləşdirilib.

Müxtəlif təlim sahələrində baş tutmuş məşğələlər zamanı əvvəlcə hərbi vəzifəlilərə döyüş zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, yaralıların ərazidən təxliyə edilməsi üsulları məşq etdirilib, eləcə də Azərbaycan Ordusunun mühəndis bölmələrinin silahlanmasında olan müasir xüsusi vasitələr barədə geniş məlumat verilib.

Məşğələlər zaman hərbi vəzifəlilər bölmələrimizin silahlanmasında olan atıcı silahların natamam sökülüb-yığılması üzrə praktiki vərdişlərini sınayıblar, həmçinin fərdi kimyəvi mühafizə vasitələrindən istifadə qaydalarını öyrəniblər.

Hərbi vəzifəlilərlə maarifləndirici söhbətlər aparıldıqdan və təhlükəsizlik qaydaları çatdırıldıqdan sonra onlar müxtəlif atıcı silahlardan praktiki atış çalışmalarını müvəffəqiyyətlə icra ediblər.

Plana uyğun olaraq, təlim iştirakçılarının döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının artırılması, praktiki vərdişlərinin təkmilləşdirilməsi, eləcə də ordumuzun arsenalına yeni daxil edilmiş silahlarla tanış olmaq, onların döyüş tətbiqini öyrənmək məqsədilə keçirilən təlim toplanışı davam edir.

Tarix
2025.04.24 / 10:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Çinin CGTN telekanalına müsahibə verdi

Əliyevin Çinə səfərinə Rusiyadan - Sensasion baxış

Xankəndidə mühüm tədbir keçiriləcək

Tələbələrimiz "erməni soyqırımı" ilə bağlı tədbiri ləğv etdirdi

Çinlə əməkdaşlığımız Avrasiya üçün mühümdür

Paşinyan bayrağımızı yandıranları təxribatçı adlandırdı

Prezident Sonq Hailianqla görüşdü - Foto

Ermənistanın yaydığı bu məlumat yalandır!

TDT ağsaqqalları Lefkoşada toplanır - İncə mesaj

Tramp haqlıdır, amma Krım Rusiyaya verilsə… - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla