Yuxarı

Xocalı şəhərinə daha 33 ailə köçürüldü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı şəhərinə daha 33 ailə (137 nəfər) köçürülüb.

Axar.az xəbər verir ki, Bakı şəhərindən 15 ailə (65 nəfər); Goranboy rayonundan 7 ailə (30 nəfər); Abşeron rayonundan 3 ailə (12 nəfər); Ağcabədi rayonundan 2 ailə (7 nəfər); Sumqayıt şəhərindən 2 ailə (6 nəfər); Gəncə şəhərindən 1 ailə (6 nəfər); Qobustan rayonundan 1 ailə (5 nəfər); Şirvan şəhərindən 1 ailə (4 nəfər); Mingəçevir şəhərindən 1 ailə (3 nəfər) yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla Xocalı şəhərinə köçürülən ailələrin ümumi sayı 85-ə (341 nəfər) çatacaq.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 40 mindən çox insan yaşayır.

Tarix
2025.04.28 / 08:51
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Pezeşkianı belə qarşıladı - Video

Pezeşkiandan Zəngəzur dəhlizi ilə bağlı açıqlama - Video

Pezeşkian Azərbaycandadır - Foto

Azərbaycandakı yaxınlarımızla görüşmək... - Pezeşkian

Bakıda Qlobal Cənub QHT Platforması təsis olundu

Müstəmləkəçiliyin bütün formalarını rədd edirik - Prezident

Bunu aradan qaldırmaq üçün əzmlə çalışırıq - Prezident

Bu tay, o tay, bir-birimizlə qohumuq... - Pezeşkian

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla