Yuxarı

İrandakı partlayış Rusiyaya zərbə idi? - Davtyan

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrandakı partlayış Rusiyaya zərbə idi? - Davtyan

Bəndər Abbas limanında baş vermiş partlayış təkcə İrana zərbə deyil. Dünya mediası qurbanların sayı, dağıntılar və kimyəvi maddələrə diqqət yetirərkən, daha mühüm bir məqam kölgədə qalır: faktiki olaraq Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin əsas qovşağı iflic vəziyyətinə düşüb.

Axar.az xəbər verir ki, bunu erməni ekspert Vahe Davtyan deyib.

“Söhbət Süveyş kanalına real alternativ kimi təqdim olunan və Rusiyanın fəal şəkildə inkişaf etdirdiyi marşrutdan gedir. Bu dəhliz Sankt-Peterburqu Hindistanın Mumbay şəhəri ilə İranın limanları vasitəsilə birləşdirməlidir.

Bəndər Abbas limanı sadəcə anbar sahəsi və ya bir körpü deyil. Bu, illik on milyonlarla ton yük dövriyyəsinə malik qlobal strateji əhəmiyyətli bir obyektir. Buradan neft məhsulları, taxıl, sənaye avadanlıqları və minlərlə konteyner daşınır. Bu liman Rusiyadan Hindistana yüklərin sürətli və əlçatan daşınmasını təmin etməli, Qərbi və onun nəzarət yollarını kənarda qoymalı idi. Baş vermiş partlayış təkcə bu marşrutu deyil, bütövlükdə təşəbbüsün gələcəyini təhlükə altına atır”, - Davtyan bildirib.

Ekspert qeyd edir ki, iqtisadi əhəmiyyətli limanın partlaması təsadüf olmaya da bilər:

“Beləliklə, partlayış təsadüfi qəza idimi, səhlənkarlıq, yoxsa xəbərdarlıq siqnalı? Rəsmi Tehran bəyan edib ki, hadisəyə ammonium perxloratın - raket yanacağı komponentinin saxlanması qaydalarının pozulması səbəb olub. Bu izah xüsusilə son vaxtlar İsraillə artan hərbi gərginlik fonunda uyğun versiya kimi görünür. Lakin pərdə arxasında başqa ehtimallar da dolaşır. Əslində, partlayış İranı müvəqqəti olaraq beynəlxalq ticarətdən təcrid etdi. Limanın fəaliyyətinin dayanması artıq həm ixraca, həm də neft-kimya sənayesinə ciddi zərbə vurub. Bundan əlavə, limanda hərbi məqsədli komponentlərin də saxlanıldığı məlumdur ki, bu da hadisənin qəsdən törədilməsi ehtimalını gücləndirir.

Bu şəraitdə Moskvanın mövqeyi daha da önəm qazanır. Rusiya Şimal-Cənub dəhlizinə dünya ticarət dövriyyəsinin gələcək əsas arteriyası kimi baxır. Bu yol Rusiyadan Hindistana malların, əvəzində isə Hindistandan ədviyyat, çay, dərman məhsulları və avadanlıqların idxalını Qərbin və Çinin təsiri olmadan təmin etməlidir.

İran bu təşəbbüsün açarıdır. Bəndər Abbas isə həmin açarın qıfılı. Bəs görəsən, bu qıfıl təsadüfən partladı, yoxsa kimsə onun nə qədər kövrək olduğunu xatırlatmaq istədi?

Bu, sadəcə texniki bir hadisə deyil, bir sınaqdır. Əgər partlayışdan sonra sistemli islahatlar, təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, beynəlxalq nəzarət və ciddi investisiyalar həyata keçirilməzsə, Şimal-Cənub dəhlizi daimi təhlükə altında qalacaq”.

Tarix
2025.04.28 / 12:06
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Azərbaycan və Belarus arasında məsləhətləşmələr aparıldı

Türk yazarın İlham Əliyev haqda yazdığı tərbiyəsiz yazı...

Ceyhun Bayramov Mirziyayevlə görüşdü

Bakı ilə barışıq və Əliyevin qətiyyəti… - Kalaçev

Mehdiyev işində sürpriz adlar - Hədəfdə onlardır

Bu rayonların icra başçısı yoxdur

Trampın Asiya turu: ABŞ bu ölkəni itirir

Britaniya ilə əməkdaşlıq planı imzalandı - Foto

İsrail bombalayırsa, Azərbaycan niyə ordu göndərməlidir?

Qabil, Tural, Məhəmməd Bakıya gətirilir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla