Yuxarı

ABB Sahibkarlar Gününü müştəriləri ilə qeyd etdi!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB 25 Aprel Sahibkarlar Günü münasibətilə sahibkar müştəriləri üçün tədbir keçirib.

Tədbirdə Bankın 50-dən çox korporativ, kiçik və orta biznes müştərisi iştirak edib. Onlara ABB-nin bizneslər üçün yaratdığı yeni məhsul və xidmətlər haqqında geniş məlumat verilib. Bankın müxtəlif layihələri barədə maraqlı təqdimatlar olub. İş adamlarını maraqlandıran çoxsaylı suallar cavabandırılıb. Görüş işgüzar şam süfrəsi arxasında davam edib.

ABB-nin korporativ biznes üzrə Baş direktoru Nərgizxanım Biləndərli ölkəmizdə sahibkarlığın inkişafına dəstəyin ABB üçün ən mühüm prioritetlərdən olduğunu bildirib: “Bizneslərin universal maliyyə tərəfdaşıyıq. Müştərilərimiz arasında müxtəlif miqyaslı sahibkarlıq subyektləri var. Biz maliyyə resurslarının hər kəsə əlçatan, bank xidmətlərinin maksimum rahat olması üçün ardıcıl layihələr reallaşdırmaqdayıq. Yaxın gələcəkdə rəqəmsal xidmətlərimizi daha da təkmilləşdirəcək, iş adamlarının gözləntilərinizə daha da uyğunlaşdıracağıq”.

Qeyd edək ki, 2016-cı ildən bəri hər il 25 aprel günü Azərbaycanda Sahibkarlar Günü kimi qeyd olunur. Bu, ölkəmizin sosial-iqtisadi həyatında sahibkarların roluna verilən böyük dəyər kimi cəmiyyətimizdə iş adamlarına dəstək əhval-ruhiyyəsini yüksəldir, biznes mədəniyyətini gücləndirir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.04.28 / 13:10
Müəllif
Axar.az
Digər xəbərlər

Bu layihə bütün iştirakçı ölkələr üçün böyük fayda verəcək

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bakıda çox qala bilmirəm, bu faciəyə görə qayıtmalıyam

Qardaşımın yenə qonağı olacağam - Pezeşkian

Pezeşkianla məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələri...

İran XİN-dən Pezeşkianın Bakı səfəri ilə bağlı açıqlama

Əliyevlə Pezeşkian birgə bəyanat imzaladı

Bakıda məhkəmədə Sərkisyanın etiraf videosu nümayiş olundu

Erməni generaldan Şuşa əməliyyatı ilə bağlı etiraf

Netanyahunun Bakıya gələcəyi tarix məlum oldu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla