Yuxarı

“Expressbank” ABA-nın ağacəkmə aksiyasında iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dayanıqlı inkişaf və sosial rifah naminə ardıcıl təşəbbüslərlə çıxış edən "Expressbank" növbəti kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Aksiya Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Sığortaçılar Assosiasiyası, Azərbaycan Mikromaliyyə Assosiasiyası, Azərbaycan Fond Bazarı İştirakçıları Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyası arasında 13 mart 2023-cü il tarixində "Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü il dönümü münasibəti ilə ağacəkmə tədbirləri üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"u çərçivəsində baş tutub və onlarla maliyyə institutunun əməkdaşlarını ortaq hədəf üçün bir araya toplayıb.

Aksiyada "Expressbank" əməkdaşlarının iştirakı ilə 625 ədəd ağac Eldar şamı və zeytun ağaclarının əkilməsinə dəstək göstərilib.

Qeyd edək ki, "Expressbank" mütəmadi olaraq Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi ağacəkmə aksiyalarında iştirak etməklə yanaşı, korporativ sosial məsuliyyət çərçivəsində, fərdi şəkildə, əməkdaşlarının iştirakı ilə ağacəkmə aksiyaları həyata keçirir. 2024-cü ilin payız ağacəkmə mövsümündə Bank əməkdaşları tərəfindən "Təbiətə qayğı – Gələcəyə miras" korporativ sosial məsuliyyət layihəsi çərçivəsində Bakı şəhəri Səbail rayonu ərazisində 300 ədəd Eldar şamı ağacı əkilib.

Ekoloji balansın qorunmasına və dayanıqlı bankçılığa töhfə vermək Expressbankın strateji hədəflərindən biridir.

"Expressbank" – İşiniz rahat getsin.

Tarix
2025.04.28 / 15:38
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Sibiqa ilə görüşdü

İlham Əliyev Ukrayna xarici işlər nazirini qəbul etdi

İlham Əliyev Misir Senatının sədrini qəbul etdi

Misir Senatının sədri Azərbaycana gəldi

İlham Əliyev İordaniya kralını təbrik etdi

Fransa silahları Ermənistandadır: Bəs, rus silahları? - Gevondyan

Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək?

Əminə Ərdoğandan Qarabağ atları ilə bağlı paylaşım - Video

Biz Ermənistanın taleyini Türkiyə ilə müzakirə edə bilərik!

Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla