Yuxarı

“Kəndli yarmarkası”nın fəaliyyəti dayandırıldı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Axar.az nazirliyə istinadən xəbər verir ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Alı Mustafayev küçəsi, 30/14 ünvanında yerləşən “Azər-Aqro LTD” Şirkətinə məxsus “Kəndli yarmarkası”nda keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki:

- obyekt avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmayıb;

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- obyekt yanğın su hovuzu ilə təmin olunmayıb;

- obyektin ərazisi yanar tullantılardan təmizlənməyib;

- pilləkən qəfəsinin tavan konstruksiyasının bəzədilməsində yanar material olan lambirindən istifadə olunub, taxta konstruksiyalara isə odadavamlı məhlul hopdurulmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin daşınmaz əmlakının icbarı sığorta şəhadətnaməsi təqdim edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş “Kəndli yarmarkası”nın inzibati binasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

Tarix
2025.04.28 / 14:23
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevin Pezeşkianla məhdud tərkibdə görüşü oldu

Bu platformaya rəhbərlik Azərbaycana verildi

Prezidentlərin Xəzər sahilində səmimi görüntüsü - Video

Pezeşkianın arxasında dayanan şəxs kimdir? - Foto

Bir çox məsələdə bir-birimizin təcrübəsini öyrənə bilərik

Bu layihə bütün iştirakçı ölkələr üçün böyük fayda verəcək

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bakıda çox qala bilmirəm, bu faciəyə görə qayıtmalıyam

Qardaşımın yenə qonağı olacağam - Pezeşkian

Pezeşkianla məqsədimiz birdir, yəni İran-Azərbaycan əlaqələri...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla