Yuxarı

Mütəllim Rəhimlidən partiyadan çıxarılmasına reaksiya

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədalət Partiyası aprelin 19-da Ali Məclisin iclasını keçirib və müvafiq qərarlar qəbul edib. Ali Məclis Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin yaradılması haqqında da qərar verib və bütün səlahiyyətlər də o vaxtdan Təşkilat Komitəsinə keçib. Bir neçə şəxsin yenidən Ali Məclisin iclasını keçirmək səlahiyyəti yoxdur. Bu hərəkətlər Nizamnaməyə ziddir. Üstəlik, həmin toplantıda nəinki Ali Məclis üzvləri, heç partiya üzvləri iştirak etməyiblər.

Bu sözləri Axar.az-a açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib.

“Mən Ədalət Partiyasının yaradıcılarından biri olmuşam. Həyatımı bu partiyanın qurulmasına həsr etmişəm. Bunlar məni üzvülükdən çıxara bilməzlər. Həm də partiya üzvü olmayan, qohum və dostlarını xahiş-minnətlə, yalvarışla toplayıb partiya adından “qərar” vermək əxlaqa və qanuna ziddir. Bu özfəaliyyətdir. Onların evlərində verdikləri qərarın partiya həyatına nə dəxli var?! Mən soruşuram, orada rayon təşkilatlarının nümayəndələri iştirak etmədiyi halda necə qərar vermək olar və yaxud bu yığıncağın adı nə olacaq? Siyasi Şura 19 apreldən yoxdur, belə halda o, necə qərar verir? Həm də Nizamnaməyə görə partiya üzvünü rayon təşkilatı üzvülükdən çıxara bilər. Rayon təşkilatının isə belə bir qərarı yoxdur.

Rayon təşkilatlarının təmsilçilərinin iştirakı ilə Ali Məclis keçirilib və onun qərarları da yerinə yetirilir. Mayın 17-də Ədalət Partiyasının növbəti IX Qurultayı olacaq”, - M.Rəhimli bildirib.

Qeyd edək ki, Ədalət Partiyası Siyasi Şurası Mütəllim Rəhimlinin partiyadan çıxarılıması barədə qərar qəbul edib. Ali Məclis bu qərarı dəstəkləyib.

Tarix
2025.04.28 / 16:20
Müəllif
Axar.az
Digər xəbərlər

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev

Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və... - Pezeşkian

Pezeşkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni

Azərbaycanla Səudiyyə arasında memorandumlar imzalandı

"Azercell" “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

TuranBank ağacəkmə aksiyasında iştirak etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla