Yuxarı

Qadın hərbçilər Zərifə Əliyevanın məzarını ziyarət etdi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aprel ayının 28-də görkəmli alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə xanım Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Axar.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin qadın hərbi qulluqçuları Fəxri Xiyabanda Zərifə xanım Əliyevanın məzarını ziyarət edərək ehtiramlarını bildiriblər.

Dövlət Sərhəd Xidməti Aparatında davam edən tədbirdə Zərifə xanımın həyat və fəaliyyətini əks etdirən sərgi nümayiş olunub.

Tədbirdə çıxış edənlər Zərifə Əliyevanın Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətlərindən, humanist şəxsiyyəti və zəngin elmi irsindən bəhs etmiş, onun oftalmologiya sahəsində əldə etdiyi mühüm nailiyyətlərin bu gün də ölkəmizdə səhiyyə sahəsinin inkişafına böyük töhfə verdiyini vurğulayıblar. Qeyd olunub ki, Zərifə Əliyeva təkcə elmi fəaliyyəti ilə deyil, həm də insani keyfiyyətləri ilə daim yüksək hörmət qazanıb.

Çıxışlar zamanı Zərifə Əliyevanın parlaq xatirəsinin Azərbaycan xalqının yaddaşında daim yaşayacağı, zəngin irsinin gələcək nəsillər üçün nümunə olduğu xüsusi qeyd edilib.

Tədbirin sonunda akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunmuş “Elegiya” sənədli filmi nümayiş etdirilib.

Tarix
2025.04.28 / 17:28
Müəllif
Axar.az
Digər xəbərlər

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev

Birbank Biznes regiondakı sahibkarları bir araya gətirdi

Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və... - Pezeşkian

Pezeşkianın siyasətinin əsasını bu təşkil edir - Sangdevni

Azərbaycanla Səudiyyə arasında memorandumlar imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla