Yuxarı

"Azercell" “Baku Flames” festivalının rəsmi tərəfdaşıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın lider mobil operatoru Azercell 2-3 may tarixlərində keçiriləcək “Baku Flames” beynəlxalq yaradıcılıq və effektivlik festivalının texnologiya və innovasiya tərəfdaşı qismində çıxış edir.

Axar.az xəbər verir ki, tədbirdə yerli və beynəlxalq spikerlərin, o cümlədən yaradıcı sənayenin aparıcı şirkətlərindən peşəkar komandaların iştirakı gözlənilir. Festivalda təqdim olunacaq bütün layihələr nüfuzlu beynəlxalq münsiflər heyəti daxil olmaqla, bu sahənin mütəxəssisləri tərəfindən qiymətləndiriləcək. İki gün ərzində keçiriləcək festivalda tanınmış beynəlxalq spikerlərin çıxışları ilə yanaşı, panel müzakirələri, seminarlar və master-klasslar da yer alacaq.

Festivalın əsas tərəfdaşı olan Azercell tədbirin ilk günündə panel müzakirəsi təşkil edəcək. Müzakirə sağlam həyat tərzinin təşviqi və narkomaniyaya qarşı mübarizə məqsədilə Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə əməkdaşlığı çərçivəsində ötən il həyata keçirilən "Doğru Yol Budur" sosial kampaniyasına həsr olunacaq. Paneldə Azercell-in Korporativ və Marketinq Ünsiyyət Vasitələri Departamentinin direktoru Sona Abbasova, Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu və tanınmış rep ifaçısı Orxan Zeynallı çıxış edəcəklər. Müzakirəyə “Endorphin” kreativ agentliyinin direktoru Orxan Kərim moderatorluq edəcək.

Tarix
2025.04.28 / 18:22
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla dünyanın ehtiyaclarını ödəyə bilərik - Pezeşkian

Pezeşkian Bakıda Şəhriyarın şeirini oxudu - Video

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər

Bu bəyanatı Azərbaycanla imzalaya bilərik - Paşinyan

Araz dəhlizi ilə bağlı müxtəlif şayiələr gəzir - Əliyev

Biz istəyirik ki, bu, sadəcə nəqliyyat dəhlizi olmasın - Əliyev

Saakyan Şuşa əməliyyatında iştirak etdiyini təsdiqlədi

Azərbaycan hərbçiləri NATO-nun təlimində

İlham Əliyev və Pezeşkianın iştirakı ilə forum keçirildi

Ümid edirəm ki, bu, İranla əlaqələri gücləndirəcək - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla